XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Qaçqınkom heç bir məhkəmə qərarı tanımır-Qaraçuxur sakinləri qapılarda

Qaçqınkom heç bir məhkəmə qərarı tanımır-Qaraçuxur sakinləri qapılardaSon günlərdə Cənab Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən məcburi köçkünlərin məişət problemlərinin yaxşılaşdırılması məqsədi ilə onlara yaşayış evlərinin tikilib, yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırıqlar Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən nədənsə düzgün idarə olunmur

Belə ki, 1992-93-cü illərdə öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlər Bakıya ,o cümlədən, ayrı-ayrı bölgələrimizə üz tutaraq məcburi şəkildə yaşayış evlərinə daxil olaraq yaşamağa başlamışdılar.Sözügedən məsələdən də əziyyət çəkən bəzi,yerli sakinlər öz yaşadıqları evi onlara müvəqqəti verərək kirayələrə köçməli olublar.
Amma köçdükdən sonra artıq neçə illərdir ki,həmin yerli sakinlər özləri əziyyət çəkərək doğma evlərindən didərgin düşərək küçələrdə və kirayələrdə yaşamalı olublar.Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 Fevral sərəncamı ilə Bakı şəhərində başqasına məxsus, köçkün ailələrinin müvəqqəti məskunlaşdığı evlərin köçürülməsi nəzərdə tutulmuşdur.Amma nədənsə Suraxanı rayonu Qaraçuxur Qəsəbəsi 40 42/60 ev 45-in sakinləri 1992-93-cü illərdə məcburi köçkünlərin onların evini zəbt etdiyindən sakinlər öz evlərinə köçə bilmirlər.
Xəbəral.az saytına müraciət edən qəsəbə sakinləri:

Həşimov Arif Sədrəddin oğlu
Yasinova Məkurə Ələmşah qızı
Nəcəfov Ramiz Məmmədəli oğlu
Qarayev Hidayət Dursun oğlu
Məlikov Mehman Məlik oiğlu
Usubova Məryəm Saleh qızı
bildirdilər ki,neçə illərdir bütün məhkəmə prosesləri onların xeyrinə qərar versə də, amma nədənsə Qaçkınkom onları get-gələ salıb, vətəndaşlar kirayədə yaşamalı olublar.

Suraxanı rayonu Qaraçuxur Qəsəbəsi 40 42/60 ev 45 in sakinləri Xəbəral.az saytına ünvanladıqları məktubda deyilir:

” Onların hələ də öz evlərinə köçrülməmələrinin səbəblərini bu cür izah etdilər!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il
2 Fevral tarixli 45 saylı sərəncamı ilə Qaçkınkomun köməkliyi ilə vaxtı ilə qeydiyyatdan çıxıb ayrı-ayrı yerlərdə məskunlaşan köçkünlər əlavə mənzillər almaq üçün yenidən qeydiyyata qayıdıblar.Qaçqınkomun maraqları daha çox qanunsuz evlər satmaq və yaxud özünə sərfəli yataqxanaları boşaltmaqdır.Elə olmasaydı bizim bina qəzalıdır,zirzəmisi su ilə doludur,antisantariya baş alıb gedir,qaz yoxdur,amma nədənsə bizim bina siyahıya düşmür,əvəzinə təmirdən çıxmış Ziya Binyadov prospektində yerləşən bina və yaxud Kövkəb Səfərəliyeva küçəsindəki yataqxana və sairə bunlar köçrülməzdi.25 ildən artıqdır ki,mülkiyyət hüquqlarımız pozulub.Bəzi məmurlarımız hər bir işdə öz xeyirlərini axtarırlar,qanun,haqq,ədalət onlara aid deyil.
Qaçqınkom hər dəfə bizə Mərhum Ulu Öndərimiz Heydər Əliyevin sərəncamına əsaslanaraq “məcburi köçkünlər yerləşdiyi yerdən çıxa bilməz” ifadəsini bizlərə bəhanə gətirərək biz sakinləri küçələrdə yaşamağa məcbur edirlər.”
Qaçqınkom heç bir məhkəmə qərarı tanımır-Qaraçuxur sakinləri qapılarda



Bir sözlə, qəsəbə sakinləri öz evlərinə həsrət qalıb. Vətəndaşlar Xəbəral.az saytına onu da bildirdilər ki,QAÇQINKOMUN sədri Rövşən Rzayev eks sədr Əli Həsənovun ölənlərinə rəhmət oxutdurur. Hara gedirik bizə deyirlər ki,Rövşən müəllim desin biz də edək “biz kimik ki”. Baş Nazirin müavini eks- Bakı Meri Hacıbala Abutalıbovla da görüşmüşük oda bizə vəd verdi ki,mən Rövşən Rzayevə tapşıracam “hələ də tapşırır indi də”…
Vətəndaşlar onu da qeyd etdilər ki, Qaçqınkomun sədri Rövşən Rzayev kimi məmurlar insanları dövlətdən narazı salır. Doğurdan da dəhşətdir, bir neçə ailə illərdir ki,vaxtı ilə əziyyəti ilə aldığı evlərinə həsrət qalıblar. Cənab Prezident İlham Əliyev məcburi köçkünlərə yeni mənzillərin verilməsinə dair göstərişlər versə də, sözügedən qəsəbədən birdənə də olsun köçkün ailəsi köçrülmür. Prezident ilin sonuna qədər altı minə yaxın (6000 AZN) köçün yeni mənzillə təmin olunub, yenə də Suraxanı rayon Qaraçuxur Qəsəbəsi 40 42/60 ev 45-dən bir məcburi köçkün köçürülməyib. Açıq aşkar görünür ki, Qaçqınkomun qəsəbə sakinlərindən nəsə umacaqları var.
Qəsəbə sakinləri Xəbəral.az saytına onu da bildirdilər ki, əgər şikayətlərinə baxılmasa prezident aparatının qarşısına yürüş edəcəklər.
Biz də Xəbəral.az saytı olaraq sözügedən məsələni gündəmdə saxlayıb sizlərə geniş məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.
Bölmə: Gündəm | 08 may 2019 10:43 | Baxış sayı: 90





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: