XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Trampın reytinqi bütün prezidentlik dövründə ən yüksək həddə çatıb

Trampın reytinqi bütün prezidentlik dövründə ən yüksək həddə çatıbDonald Trampın ABŞ prezidenti postunda fəaliyyətinin dəstək reytinqi bütün prezidentlik müddətində ən yüksək səviyyəyə – 46 faizə çatıb.

Bu barədə məlumat “Gallup” sosiologiya xidmətinin keçirdiyi tədqiqatda yer alıb. Sosioloqlar Trampın populyarlığının gözləniləndən daha çox olmasını ölkədə ÜDM-nin artımı və iş yerlərinin sayının çoxalması, həmçinin xüsusi prokuror Robert Müllerin təhqiqatının nəticəsiz sona çatması ilə əlaqələndirirlər.

ABŞ prezidentinin demokratlar tərəfindən dəstək səviyyəsi bir neçə ay ərzində 4 faizdən 12 faizə qədər artıb. Donald Trampın prezident postunda fəaliyyətinin respublikaçılar tərəfindən dəstəyi isə 90 faizi keçir. Bununla yanaşı, Birləşmiş Ştatlar liderinin fəaliyyətindən narazılıq səviyyəsi 50 faiz təşkil edib.

Tədqiqat telefon vasitəsi ilə 18 yaşdan yuxarı 1024 amerikalı arasında aparılıb.

Aprel ayının əvvəlində Trampın dəstək reytinqi 6 faiz artaraq 45 faizə çatmışdı. Bundan öncə onun dəstək reytinqinin belə yüksək göstəriciləri 2017-ci ilin yanvarında, prezident postunda fəaliyyətinin birinci həftəsində və 2018-ci ilin iyununda, KXDR lideri Kim Çen Inla birinci görüşündən sonra qeydə alınmışdı.

Bölmə: Siyasət | 08 may 2019 11:48 | Baxış sayı: 49





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: