BolgeXeber.Com » İqtisadiyyat » Səyyar qeydiyyat xidmətləri bu həftə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində göstərilir

Səyyar qeydiyyat xidmətləri bu həftə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində göstərilir

8-05-2019, 16:02
Oxunub: 2 781 Səyyar qeydiyyat xidmətləri bu həftə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində göstərilirƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindənölkə üzrə kənd və qəsəbələrdə sosial kampaniyaların keçirilməsi ilə daşınmaz əmlakın qeydiyyatı xidmətləri vətəndaşlaradaha rahat formada göstərilir

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 8-10 may tarixlərində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində keçiriləcək.Çevik müraciət və əlçatan xidmətlərdən yararlanmaq istəyən sakinlərsaat 09:00-dan 17:00-dək səyyar xidmət avtobusuna yaxınlaşa bilər.
Mobil ofisdə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri, qeyri-yaşayış sahələri və digər daşınmaz əmlakların qeydiyyatı üçün sənədlərin toplanması, texniki pasportların verilməsi kimi xidmətlər göstərilir. Kampaniya çərçivəsində əhalinin qeydiyyat ilə bağlı maarifləndirilməsi də həyata keçirilir. Belə ki, sakinlərə xidmətprosedurları, tələb olunan sənədlər, dövlət rüsumu və xidmət haqqı ilə bağlı məlumat verilir, hüquqi yardım göstərilir. Eyni zamanda, vətəndaşlar elektron çıxarışa tam keçid barədə maarifləndirilir, elektron çıxarışların üstünlükləri, istifadə qaydaları izah olunur.

Bolgexeber.com