BolgeXeber.Com » Media » Jurnalist Daxili İşlər Nazirliyini məhkəməyə verir

Jurnalist Daxili İşlər Nazirliyini məhkəməyə verir

4-04-2011, 14:50
Oxunub: 4 304
Jurnalist Əfqan Muxtarlı Daxili İşlər Nazirliyini və Səbail rayon Polis İdarəsini məhkəməyə verəcək.

Bolgexeber.com-un əməkdaşına açıqlamasında jurnalist bildirib ki, hazırda iddia ərizəsi hazırlayır və yaxın müddətdə məhkəməyə təqdim edəcək. Ə. Muxtarlı deyib ki, müxalifətin 2 aprel mitinqində polislər onu saxlayarkən cibindən mobil telefonunu və 40 manat pulunu götürüblər: “Səbail polisinə bir neçə dəfə müraciət etmişəm, amma geri qaytarmırlar. Məhkəməyə müraciətimdə pulumun və mobil telefonumun geri qaytarılmasını tələb edəcəyəm. Bundan başqa polisin qeyri-insani davranışına görə təzminat ödəməsi istəniləcək. Təzminatın məbləğini vəkillərlə məsləhətləşib müəyyənləşdirəcəyik”.