BolgeXeber.Com » Bölgə » İmişli Rayon Təhsil Şöbəsinə yeni müdiri təyin olunub

İmişli Rayon Təhsil Şöbəsinə yeni müdiri təyin olunub

9-05-2019, 11:20
Oxunub: 4 070 İmişli Rayon Təhsil Şöbəsinə yeni müdiri təyin olunubİmişli Rayon Təhsil Şöbəsinə (RTŞ) müdir təyinatı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, müfaviq əmrlə bu vəzifəyə Ələmdar Abbas oğlu Quliyev təyin edilib.

Ə.Quliyev bu təyinatadək şöbədə aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ə.Quliyev 1962-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1989-1997-ci illərdə İmişli rayonunun Çaxırlı kənd orta məktəbində müəllim, 1999-2003-cü illərdə həmin məktəbin direktoru, 2004-2006-cı illərdə İmişli RTŞ-də metodist, 2006-2019-cu illərdə isə aparıcı məsləhətçi vəzifələrində çalışıb. Evlidir, 2 övladı var.