BolgeXeber.Com » Xəbərlər » Prezidentdən Akif İslamzadə ilə bağlı - Qərar

Prezidentdən Akif İslamzadə ilə bağlı - Qərar

10-05-2019, 20:16
Oxunub: 2 654 Prezidentdən Akif İslamzadə ilə bağlı - QərarAzərbaycanın xalq artisti Akif İslamzadəyə fərdi təqaüd veriləcək.

Bolgexeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.

O, 2016, 2017 və 2018-ci illərdə "Prezident mükafatı"na layiq görülüb.