BolgeXeber.Com » Bölgə » Bu gün Kürdəmir sürətli inkişaf və tərəqqi yolundadır

Bu gün Kürdəmir sürətli inkişaf və tərəqqi yolundadır

13-05-2019, 13:02
Oxunub: 3 477 Bu gün Kürdəmir sürətli inkişaf və tərəqqi yolundadırKürdəmir bu gün sosial-iqtisadi inkişaf sürətinə, abadlıq-quruculuq işlərinin miqyasına və vüsətinə görə ilk sıralarda yer alan bölgələrimizdəndir

Fərəhli haldır ki, kürdəmirlilər əldə olunan uğurlarla kifayətlənmir, dahaböyük hədəflərə nail olmağa cəhd edirlər. Görünən budur ki, rayon rəhbərliyi bütün imkanları səfərbər edib rayonda daha çox iş yerlərinin açılmasına, ən ucqar kəndlərdə belə infrastrukturun yaxşılaşdırılmasına, vətəndaşların hər bir probleminin həllinə qayğı və diqqətlə yanaşmağa çalışır.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov sakinlərlə görüşdə da haqlı olaraq vurğuladı ki, cənab Prezidentin rayon ictimaiyyətinin nümayəndələri ilə son görüşü zamanı qeyd etdiyi bütün məsələlər, rayonda söylədiyi çox dəyərli fikirlər kürdəmirliləri daha yaxşı işləməyə ruhlandırır və rayonda bütün sahələrdə aparılan uğurlu işləri davam etdirməyə sövq edir.
Bu gün Kürdəmir, həqiqətən, sürətli inkişaf və tərəqqi yolundadır,Qaldırılan problemlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verir.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ümumiyyətlə bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər.Bu müstəvidə Kürdəmir rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Kürdəmirin Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Kürdəmir Rayon İcra başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Ceyhun müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır.Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Kürdəmirin xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Kürdəmir tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.
Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Kürdəmir dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Kürdəmirdə turizmin inkişafı üçün potensial imkanlar yaradır. Bir sözlə, Kürdəmir inamla gələcəyə doğru addımlayır. Öz növbəsində BÖLGƏ.TV-nin əməkdaşları son illər Kürdəmirdə gedən abadlıq-quruculuq işləri haqda reportaj hazırlamaq üçün rayona ezam olunublar.Yaxın zamanlarda hazırladığımız reportajı oxuculara təqdim edəcəyik.
Bolgexeber.com
Fatimə Ümid