BolgeXeber.Com » Şou-Biznes » “Prezident seçkilərində əsas mübarizə iki “İ”nin arasında gedəcək” - Ekstrasens

“Prezident seçkilərində əsas mübarizə iki “İ”nin arasında gedəcək” - Ekstrasens

30-03-2013, 13:50
Oxunub: 6 354 “Demişdim ki, deputatlardan biri avtomobil qəzasında öləcək, öldü”
Bolgexeber.com Ekstrasens Nadim Əlixanovun “Qafqazinfo”ya müsahibəsini təqdim edir
- Nadim bəy, siz nə vaxtdan Azərbaycanda fəaliyyət göstərirsiniz?
- Neçə illər Moskvada yaşamışam. Bir ildən çoxdur ki, Azərbaycana qayıtmışam. Azərbaycanda ekstassens layihəsi vardı, həmin layihədən və bəzi dövlət nümayəndələrinin təklif oldu, ona görə də qayıtdım.

- Qayıdışınızdan narahat deyilsiniz ki?
- Xeyr, heç də narahat deyiləm. Yaxşı işləyirəm, öz işimdə fəaliyyət göstərirəm. Həm dövlət adamları, həm də sadə insanlar müraciət edir. Ən çox dövlət adamlarının müraciətinə görə qayıtmışam.

- Siz ekstrasenssiniz?
- Bəli, həm də parapsixoloq.

Deyirsiz Moskva Dövlət Universitetini bitirmisiniz?
- Bəli, həmin universitetin Parapsixologiya fakültəsini bitirmişəm.

- Azərbaycanda son vaxtlar ekstrasenslər dəbdədir. Sizcə bunun səbəbi nədir?
- Bu iş təkcə Azərbaycanda deyil, dünyanın hər yerində populyarlaşıb. Moskvada, Ukraynada daha da məşhurdur.

- Nəyə görə?
- Ona görə ki, elm adamlarının bilmədiyi faktlar hələ çoxdur. Həmin faktları ekstrasenslər aça bilir. Digər səbəb də odur ki, ekstrasenslərdə qeyri-adi bir qüvvə var ki, hər şeyi görə bilir. Söhbət əlbəttə ki, yalançı ekstrasenslərdən getmir.

- Yəni dünya ekstrasenslərin ümidinə qalıb?
- Xeyr, heç də belə deyil. Məsələn, mənə və ya digər ekstrasensə müraciət edən insanlar ona görə müraciət edirlər ki, nəsə qaranlıq məqamları aydınlaşdırsınlar.

- Sualı ona görə belə ünvanladım ki, siz dediniz dünyada açılmayan sirrləri ekstrasenslər açır. O mənada dedim ki, yəni ümid sizədir?
- Bilirsiniz, mən heç kimə məcbur etmirəm ki, gəlsin mənim yanıma və mən dediyimi etsin. Elə məsələlər var ki, ondan nə həkim, nə də elm adamı baş aça bilmir. Bəs onlar kimin yanına getməlidir. İnsan var ki, xəstədir həkimin yanına gedir, ama şəfa tapa bilmir. Gəlir bizim yanımıza adi bir əl hərəkəti ilə, toxunuşla, özümüz bilmədən elə bir gizli enerji gəlir etdiyimiz hərəkətlə, sözümüzlə demək olar ki, həmin problemi həll etmək olur. Belə faktlar çox olub. Bir xanım vardı aylarla qızdırması 37 dərəcədən aşağı enmirdi. 4-5 ay o vəziyyətdə olub. Bakıda, Rusiyada bir neçə xəstəxanalara gedib, amma bir tədbir görə bilməyiblər. Sonra bu xanımın ailəsi mənim yanıma gəldi. Mən də Allah tərəfindən göndərilən o kəlimələrlə, surələr oxudum, əlimin enerjisi ilə xəstəliyi aradan qaldırdım və həmin şəxs indi sağ-salamatdır, normal həyat yaşayır.

- Siz həm də həkim kimi fəaliyyət göstərirsiniz?
- Özümüz də baş aça bilmədiyimiz bir qüvvənin sahibiyik. Biz müxtəlif sahəyə aid olan məsələlələrdə kömək göstərə bilirik.

- Müəlliminiz kim olub?
- Bizdə müəllim olmur. Allah tərəfindən gələn bir qüvvədir. Sadəcə parapsixologiyada oxuyanda müəllimlərim olub. Mən parapsixologiyadan öncə ekstrasens olmuşam. Sonra universitetdə təhsil almışam.Təhsili də ona görə aldım ki, bəzi şeylər var onlar bizim gözümüzün qarşısından keçir, amma onu insanlara izah etməkdə əziyyət çəkiridik.

- Ekstrasens, öncəgörən…
- Həm öncəgörən, həm müalicə edən, həm çətin vəziyyətdən çıxmağa kömək edən bir adamıq. Məsələn bəziləri deyir ki, cadu yoxdu, amma bu “Qurani Kərim”də yazılıbsa, yəni cadu varsa onu təmizləməyin yolları da var.

- Yəni deyirsiniz ki, cadu var?
-Bəli, əgər “Qurani Kərim”ə inanırsınzsa, orda yazılıb ki, cadu var.

- Siz o cadunu sadəcə təmizləyirsiz, yoxsa cadu da edirsiniz?
- Xeyr, etmirəm.

- Etmirsiniz?
- Mən bizim işə cadu etmək deməzdim. Bəzi icra başçıları dostlarım, hətta Prezident Administrasiyasında işləyən admlar arasında müraciət edənlər var. Bunlar da elə işlər olub ki, kömək istəyib, onlar üçün mən nəsə yazmışam, amma buna cadu demək olmaz.

- Belə görünür ki, sizə elə daha çox dövlət adamları inanırlar?
- İndi bir binada 3-4 baxıcı tapmaq olar. Çoxları buna asan yolla pul qazanılan bir sahə kimi baxırlar. Ona görə də ekstrasenslərə dövlət adamlarının da çoxunun inamı yoxdur. Amma əvvəllər belə deyildi. Allahın güc verdiyi adamlar belə bu işlə məşğul olmağa qorxurdular. İndi o qorxu yoxdur. Gücü olan da, olmayan da deyir mən baxıcıyam, ekstasensəm.

- Sizə necə, inanan çoxdur?
- Mən bu yaxınlarda saytlara müsahibə verərkən demişdim bu il millət vəkili öləcək. Daha sonra söyləmişdim ki, isti yağış yağacaq və meteroit yağdı. Yaponiyada sunami olacağını mən söyləmişdim.

- Maraqlıdır ki, bəs bu gün niyə Zirəddin sizdən daha məşhurdur?
- Zirəddin məndən əvvəl efirlərə çıxdı və öz reklamı ilə məşğul oldu. Mən heç kəsi pisləmək istəmirəm. Heç Zirəddinlə şəxsi tanışlığım da yoxdur. Zirəddinin də Eurovisionla əlaqədar, başqa məsələlərlə bağlı verdiyi müsahibələrə diqqət edin, mənim müsahibələrimə də baxın görün kimin müsahibələrində faktlar daha çoxdur. O Rusiyada efirlərə çıxdı və bilirsiniz ki, Rusiya telekanallarının reytinqi çox yüksəkdir. “TNT” Rusiyanın bir nömrəli telekanaldır. O telekanalın ekstrasens proqramı reytinqlərdə birinci yerdə olurdu, indi ikinci yerə enib. Yəni oradakı reklam daha güclüdür.

- Bilmək istəyirəm ki, siz özünüzü Zirəddindən güclü hesab edirsiniz, yoxsa yox?
- Bu bir oyun deyil ki, deyim mən bu oyunda güclüyəm. Bu bir qüvvədir.

- Sizə o, bəhs etdiyiniz informasiya necə gəlir?
- O anidən gəlir. Biz hər an nəyisə deyə bilmərik. Mən bilirəm ki, burada mənə suallar veriləcək və o suallara cavab verməyə gəlmişəm. Mən 1-2 gün öncədən hazırlaşmışam informasiyaları toplamışam.

- Azərbaycanda bu il prezident seçkisi ildir. Siyasi aktivlik müşahidə olunur. Bu baradə siz nə deyə bilərsiniz?
- Bu il son 15-20 il ərzində olmadığı dərəcədə gərgin bir seçki keçəcək. Kimin prezident seçiləcəyini açıqlamağa bir az çəkinirəm. “İ” hərfi ilə başlayan iki insan arasında böyük gərginlik baş verəcək. Əsas 3 nəfər arasında mübarizə gedəcək, amma sonda gərginlik 2 nəfər arasında qalacaq. Həmin şəxslərdən biri müxalifət digəri də iqtidar namizədidir.

- Siz düşünürsünüz ki, proses belə olacaq?
- Mən psixoloji cəhətdən demirəm, mənə gələn informasiyalarla belə görürəm. Mitinqlər olacaq.

- Baş verən hadisələrin nəticəsi necə olacaq bəs?
- Bir az qarışıq bir vəziyyət ola bilər.

- İnsanlar sizə müraciət edib gələcəklə bağlı nəsə öyrənmək istəyirlər. Siz onu necı müəyyənləşdirə bilirsiniz?
- Məndə belədir ki, iş günlərində qüsul alıb otururam iş yerimdə bilirəm ki, artıq ora təmizdi və heç bir pis qüvvə yoxdur. Orada insanları qəbul etmədən 1-2 saat öncə oturub “Qurani Kərim”dən surələr oxuyuram və özümü təmizləyib, o abu-havaya düşürəm. Özümüz-özümüzü hazırlayırıq indi kimsə gəlcək və mən onun enerjisinə daxil olmalıyam və özümə informasiya almalıyam. O vəziyyətədə olanda gələn insana 90 faiz informasiya verə bilirəm. Bəzi şeylər var ki, Allah özündə saxlayır biz onu deyə bilmirik. Amma Allahın izni ilə olan məsələləri söyləyə bilirik. Bizim yanımıza gələn insan elə-belə gəlmir ki, ona da bir qüvvə hiss edib gəlir. Əgər bizim yanımıza gələ insan bizdən bir xeyir tapırsa mən buna şeytan əməli kimi baxmazdım.


- Deməli, siz adamlara kömək edə bilirsiniz?
- Təbii ki, Allahın köməkliyi ilə biz çox adama məsləhət veririk.
3 ay koma vəziyyətində qalmış bir xanım var idi. Məni ora aparanda dedim ki, bu yaşayacaq, həkimlər mənə güldülər. Həkimlərin dediyinə görə, onun 10 faiz həyatda qalmaq şansı vardı. Mən dedim ki çəkinmədən bronxit sistemini təmizləyin. Çünki onlar onu etməkdən çəkinirdilər. İndi qız sağ-salamatdır.

- Sizin iş yeriniz, yəni ofisiniz varmı?
- Bəli, ofis var. Mən insanları telefon zəngi vasitəsilə qəbul edirəm. Telefon zəngindən sonra biz ofisin yerini deyirik, yoxsa ünvan bəlli olsa hamı gələr. Həm də ki, mənim gücüm gündə 100 nəfərə baxmağa çatmaz axı. Mənim həftənin 2-3 günü 4-5 adama baxmağa gücüm yetər. İnformasiya alıb-vermək çox çətindir. Mən bir insana 1 saatdan çox vaxt ayırıram.

- Yəni, nömrənizə zəng vurub növbəyə yazılmaq lazımdır?
- Bəli müraciət edən adama izah edirik ki, nə vaxt, hansı şərtlər altında gəlmək lazımdır. Razılaşırsa adını, soyadını, telefon nömrəsini yazdırır və növbəsi çatanda zəng vururuq ki, bu tarixdə sizin növbənizdir.

- İndi kimsə sizə müraciət etmək istəsə hansı nömrəyə zəng etməlidir?
- 051 315 09 38 nömrəli telefona zəng edə bilərlər.

- Sizin şərtləriniz nədir ki? Ümumiyyətlə baxış qiyməti necədir?
- Bu da bizə Allahın verdiyi bir gücdür və insanlara kömək edirik. 1 saatdan artıq vaxt sərf edərək müraciət edən insanın bütün problemini sadalayırıq. Bizim işimiz də budur. Təbii ki, onlara münasib qiymət deyirik. Bizim ofisin, katibənin, özümüzün yaşamaq üçün müəyyən vəsaitə ehtiyacımız var axı.

- Yəni, sadə bir insan sizin yanınza gələ bilər?
- Əlbəttə, biz çox baha qiymət demirik. Biz vergi də veririk axı. Parapsixoloq kimi gedir bizim sahə, qazancın 20-30 faizini vergi veririk.

- Baxıcılar müxtəlif vasitələrlə insanların taleyinə baxır. Məsələn, kartla, “Qurani Kərim”lə, Təsbehlə və sairə. Bəs siz necə, bunların hansından istifadə edirsiniz?
- Hər insan özü nədən enerji alırsa o cür baxır. Mən heç nə ilə baxmıram. Bir vərəq götürürəm ora arada nəsə yazıram və bir də üzə baxaraq. Mənə məlumat qəflətən gəlir və deyirəm.

- Bu gün ən böyük problemlərdən biri də ailələrin sonsuzluqdan əziyyət çəkməsidir. Sizə belə müraciətlər də olur?
- Bəli, bu problemlə bağlı müraciət edənlər var. Həkimlərə üz tuturlar, çarə tapılmayanda bizim yanımıza gəlirlər. Ya əlimizdəki güclə, ya da başqa vasitələrlə, məsləhət verərək problemin həlli yollarını göstəririk. Məsləhət verə bilərik ki, bu həkimə müraciət edin var və ya sənin bədənində bu çatışmazlıq var. Elə olur ki, biz psixoloji cəhətdən kömək etməyə çalışırıq.

- Yəni məsləhətdir ki, insanlar nəsə hər hansı iş bir görmədən öncə sizə müraciət etsin.
- Bəli, soruşmaq pis olmaz. Soruşsun, qane olmasa öz bildiyini etsin.

- Ümumiyyətlə, sizin məqsədiniz nədir?
-Məqsədim odur ki, əlimdən gələn qədər insanlara kömək edim. Mən sübut etmək istəyirəm ki, belə bir qüvvə var.

- Geri, Rusiyaya dönməyi nə vaxta planlaşdırırsınız?
- Hələ ki, Azərbaycandayam.