BolgeXeber.Com » Xəbərlər » Tərtərdə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

Tərtərdə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

13-05-2019, 17:15
Oxunub: 2 431  Tərtərdə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilibMayın 13-də Tərtər rayonunda 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Dövr ərzində “Azərxalça”nın Tərtər filialının tikintisi başa çatdırılıb, Tərtər-Hindarx avtomobil yolunun rayon ərazisindən keçən 19 kilometr hissəsində əsaslı təmir işləri aparılıb. Tərtər şəhərinin Mehdi Hüseynzadə küçəsində 0,5 kilometr, Vəzir Orucov küçəsində 0,3 kilometr asfalt örtük salınıb. Ekoloji tarazlığın qorunması məqsədilə 9 mindən çox müxtəlif növ ağac, 2 min ədəd gül, 500 min ədəd həmişəyaşıl kollar əkilib. Kovdadıq və Zolgəran kəndlərində modul tipli məktəb binalarının quraşdırılması başa çatmaq üzrədir. Hazırda Rayon İcra Hakimiyyətinin inzibati binasının, Bayraq muzeyinin, Olimpiya İdman Kompleksinin tikintisi, Sarov-Borsunlu kəndlərarası və Hacıqərvənd kəndarası avtomobil yollarının əsaslı təmiri davam etdirilir.
2019-cu ilin birinci rübündə 3 milyon 257,1 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 780,6 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
Ümumi məhsul buraxılışının həcmi keçən illə müqayisədə 0,6 fazi artaraq 28,7 milyon manat olmub. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 1.1 faiz, sənaye məhsulunun həcmi 5,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 13.7 faiz, nəqliyyat xidmətlərinin həcmi 8,6 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmi 2,2 faiz, sərnişin daşımalarının həcmi 1,6 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 1,2 faiz, iaşə dövriyyəsinin həcmi 1,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,6 faiz artıb.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala 3 milyon 612,7 min manat investisiya yönəldilib. 278-i daimi olmaqla, 728 yeni iş yeri açılıb.
Yığıncaqda qeyd olunub ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin birinci rübündə kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artaraq 7 milyon 570,8 min manat təşkil edib.
Cari ilin məhsulu üçün 3427 hektar sahədə pambıq, 682,5 hektarda şəkər çuğunduru, 811,5 hektarda dən üçün günəbaxan, 854 hektarda təzə yonca, 261,5 hektarda müxtəlif növ tərəvəz, 278 hektarda kartof, 42 hektarda noxud, 10,6 hektarda sair bitkilər əkilib. Hazırda yazlıq bitkilərin səpini davam etdirilir.
Hesabat dövründə heyvandarlıq məhsulları istehsalını artırmaq üçün də işlər davam etdirilib. 795 ton diri çəkidə ət, 5 min 636,9 ton süd, 3 milyon 285 min ədəd yumurta istehsal edilib. 2018-cı ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,6 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 0,5 faiz artıb. Heyvandarlıq məhsulları istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Birinci rübdə 447 baş heyvan süni yolla mayalandırılıb, 269 baş cins tərkibi yaxşılaşdırılmış buzov doğulub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, sahibkarlığın inkişafı, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Məruzə ətrafında Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, mərkəzi rayon xəstəxanasının baş həkmi Yaşar Hüseynov, suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov çıxış ediblər. Çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Hesabat yığıncağında iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıb. Sonda qərar layihəsi oxunub.
Bolgexeber.com
 Tərtərdə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
 Tərtərdə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
 Tərtərdə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
 Tərtərdə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
 Tərtərdə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
 Tərtərdə 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib