BolgeXeber.Com » Xəbərlər » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasından yenilik

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasından yenilik

13-05-2019, 17:22
Oxunub: 2 812 “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasından yenilikHəftə ərzində 2 rayonun 5 kənd sakinlərinə qeydiyyat xidmətləri göstəriləcək

Ölkə vətəndaşlarının mülkiyyət hüquqlarını rahat formada həyata keçirməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının keçirilmə formatını dəyişməklə xidmətləri daha əlçatan edir. Sosial aksiya əhalinin bilavasitə ərazi ofislərinə getmək kimi çətinliyini aradan qaldırır.Xidmətlərin birbaşa kənd və qəsəbələrə gətirilməsi ilə sakinlər əlavə məsafə qət etmədən qeydiyyat üçün müraciət edir. Bölgələrdə yaşayan vətəndaşların daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətlərindən istifadəsini daha daoptimallaşdırmaq məqsədilə artıq sosial kampaniya həftə ərzində fərqliərazilərdə keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu həftə səyyar qeydiyyat xidmətləri Neftçala və Salyan rayonlarının 5 kəndini əhatə edəcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 13 may Neftçala rayonu, Xolqarabucaq, 14 may Aşağı Qaramanlı kəndlərində, 15 may Salyan rayonununArbatan, 16 may Marışlı, 17 may Seyid Sadıxlı kəndlərində keçiriləcək. Sakinlər fərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı, o cümlədən plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərini mobil ofisə təqdim edə bilər.Qeyd edək ki, səyyar ofisdə xidmətlər 09:00-dan 17:00-dək göstəriləcək.
Sosial kampaniya çərçivəsində daşınmaz əmlakın qeydiyyatında tətbiq edilən yeniliklər ilə bağlı vətəndaşlar maarifləndirilir. Belə ki, sakinlərə elektron çıxarışın əldə edilməsi və ondan istifadə qaydaları, tələb olunan sənədlər, eyni zamanda xidmət haqqı və dövlət rüsumu barədə məlumat verilir.