XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

III Avropa Oyunlarının keçiriləcəyi şəhər iyunda açıqlanacaq

III Avropa Oyunlarının keçiriləcəyi şəhər iyunda açıqlanacaq2023-cü il III Avropa Oyunlarının məkanı Avropa Olimpiya Komitələrinin (EOC) Belarusun paytaxtı Minskdə keçiriləcək Növbədənkənar Baş Assambleyasında müəyyənləşəcək.

“Report”un məlumatına görə, bu barədə TASS-a müsahibəsində Aropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanez Kotsiyançiç bildirib. Sloveniyalı funksioner deyib ki, iclas “Minsk 2019” II Avropa Oyunları ərəfəsində gerçəkləşəcək. Kotsiyançiç bir neçə şəhərin Oyunlara ev sahibliyi etmək istəyini ifadə etdiklərini bildirib: “Namizədlərdən ərizə qəbulu üçün açıq prosedur mövcuddur. Bir neçə şəhər Oyunların təşkilatçısı olmaq istədiyini açıqlayıb. “Minsk 2019″ ərəfəsində EOC-un Növbədənkənar Baş Assambleyası keçiriləcək və biz növbəti Oyunların ev sahibini seçəcəyik. Ərizə qəbulu proseduru açıq olduğundan, namizədləri hələlik açıqlamaq istəməzdim. Amma xüsusi maraq göstərən iki şəhər var. Səsvermə qapalı olacaq. Bu səbəbdən, 50 Milli Olimpiya Komitəsi qarşısında namizədləri açıqlamaq və kiməsə üstünlük vermək düzgün olmazdı”.

Hazırda III Avropa Oyunlarını keçirməyə Rusiyanın Kazan və Polşanın Katovitse şəhərlərinin iddialı olduqları bildirilir.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları 21 – 30 iyunda keçiriləcək. İlk Avropa Oyunları isə 2015-ci il 12 – 26 iyunda Bakıda təşkil olunub.
Bölmə: İdman | 14 may 2019 14:13 | Baxış sayı: 33





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: