Baş redaktor nazirə müraciət etdi
14-05-2019, 14:29
Oxunub: 4 440
Bağçada çalışan işçilərin maaşları kartla verilmir
Hörmətli cənab nazir Sahil Babayev nəzərinizə çatdırım ki,bir müddət əvvəl Bolgexeber.com-da Masallıdakı “Viləş” bağçasında mövcud olan qanunsuzluqlardan bəhs edən yazılar dərc olunmuşdur.
Xatırladaq ki, həmin yazılar redaksiyamıza Masallı rayonunda fəaliyyət göstərən “Viləş” uşaq bağçasından şikayət məktubu əsasında yazılmışdır.Yazılarda bildirilirdi ki, “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva özəl bağçanı özünün özəl qanunları ilə idarə edir.
Yazıda “Viləş” uşaq bağçasında baş verən çoxsaylı qanunsuzluqlar öz əksini tapıb.Bildirlirdi ki, Şəfa xanıma bağçada mövcud olan problemlər barədə sübutlar gətirilsə də o bunları bir qayda olaraq qəbul etmir.
Bağçada çalışan işçilərin maaşları kartla verilmir.Çünki, Şəfa xanım əmək məcəlləsinin maddələrini pozaraq işçilərin əksəriyyəti ilə əmək müqaviləsi bağlamayıb. Bundan başqa hörmətli prezident İlham Əliyevin ölkədə işsizliyin aradan qaldırması istiqamətində etdiyi böyük səylərin fonunda bağçada işləyənlərin işçi kimi rəsmiləşdirilməməsi də ölkə başçısının göstərişlərinə qarşı çıxmaqdır.
Valideyinlər bildiriblər ki,onlar şikayətlərində çox dərinə gedəndə Şəfa xanım bildirir ki,siz mənə heç nə edə bilmərsiz, mənim arxam möhkəmdir.Mənim arxamda xanım deputat durur.Yazı dərc olunandan sonra redaksiyamıza əvvəllər “Viləş” uşaq bağçasında işləyən,lakin adıçəkilən bağçada çoxlu sayda özbaşınalıqlarla,qanunsuzluqlarla üzləşdiyindən işdən çıxan Masallı rayon sakini Sevil Nuriyeva müraciət etdi. Sevil Nuriyevanın redaksiyamıza bildirdiyinə görə yazı dərc olunandan sonra məlumata görə “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva artıq işçilərinə maaş kartı paylayıb və işlərinə qanuni don geyindirməyə başlayıb.
Amma çox maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin region üzrə məsul işçiləri görəsən niyə indiyəcən bu bağçada Əmək Məcəlləsinin qanunlarının kobud surətdə pozulmasını görməyiblər? Halbuki,bu haqda dəfələrlə mətbuatda şikayətlər gedib və vətəndaşlar nazirliyə müraciətlər ediblər.
Sevil Nuriyeva bildirib ki,o adıçəkilən bağçada müqaviləsiz işləyib.Daha doğrusu Şəfa Allahverdiyeva onunla əmək müqaviləsi bağlamayıb.Bundan başqa bağçada digər işçilərlə də əmək müqaviləsi bağlanmayıb.Üstəlik minumun əmək haqqı ölkədə qanunla 180 manat müəyyən olunduğu halda ona qanunsuz olaraq 120 manat maaş veriblər,özü də pul maaş kartı ilə yox,əlbəəl verilib ki,bu da kobud qanun pozuntusudur. Cənab nazir Bolgexeber.com olaraq biz adıçəkilən bağçada əmək hüquqlarının kobud surətdə pozulmasını diqqətdə saxlasaq da,bizə bağçada baş verən qanunuzluğu araşdırmağa imkan vermirlər.Sizə müraciət edərək xahiş edirik ki,bu bağçada baş verən qanunsuzluqları öz nəzarətinizə götürəsiz və araşdırılması üçün müvafiq tapşırıq verəsiz.
Hörmətlə,Bolgexeber.com saytının və BÖLGƏ.TV –nin rəhbəri Vasif Turan
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər