XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Muğanbank”-a qarşı iddia: Kompensasiyaya görə rüşvət istəyirlər

“Muğanbank”-a qarşı iddia: Kompensasiyaya görə rüşvət istəyirlər"Muğanbank”ın Şəmkir filialından müştərilərə kompensasiya ödənişi zamanı problemlər yaradılaraq pul tələb edildiyi iddia edilir.

Bolgexeber.com xəbər verir ki, bu barədə "Qafqazinfo”ya şikayət edilib.

Vətəndaş Qəhrəmanov Rövşən bildirib ki, 2015- ci ildə "Muğanbank”ın Şəmkir filialından Hüseynova Validə Əli qızının adına dollar krediti götürüb: "Kredit bağlanıb. Bizə 913 manat kompensasiya düşür. Bank bizdən 240 manat pul istəyir. Deyir ki, bu pulu gətirməsəniz, kartınızı ala bilməyəcəksiniz. İşçilər deyirlər ki, bizə guya güzəşt edilib. Hansı sənədlə güzəşt edilib? Bunu sübutla ortaya qoyan yoxdur. Halbuki biz artıqlamasıyla kreditimizi bağlamışıq. Bu cür problemi tək bizə yox, müştərilərin çoxuna yaşadırlar”.

Digər müştəri Hacıyeva Yavər Seymur qızı isə qeyd edib ki, o da 2015- ci ildə 2000 dollar kredit götürüb: "Krediti ödəyib bitirmişik. Hazırda bizə 1600 manat kompensasiya düşür. Bizdən də 516 manat pul tələb edirlər”.

Məsələ ilə bağlı "Muğanbank”dan bildirilib ki, heç kimdən rüşvət istənilə bilməz. Adları çəkilən şəxslər və digərləri bankın filial müdirinə yaxınlaşa bilərlər. Kompensasiya hesablanmış müştərilər kartlarını ala bilərlər”.
Bölmə: Xəbərlər | 14 may 2019 15:56 | Baxış sayı: 26





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: