BolgeXeber.Com » Bölgə » Salyan rayonu inamlı inkişaf yollarında- Abadlıq, quruculuq işləri sürətlə davam edir

Salyan rayonu inamlı inkişaf yollarında- Abadlıq, quruculuq işləri sürətlə davam edir

15-05-2019, 09:55
Oxunub: 3 879 Salyan rayonu inamlı inkişaf yollarında- Abadlıq, quruculuq işləri sürətlə davam edirSon günlər Salyan rayonunda abadlıq, quruculuq işlərinin sürətlə davam etdirilməsi rayon sakinlərinin sevincinə səbəb olmuşdur.

Belə ki, rayonda yolların təmiri və digər təqdirəlayiq işlər yüksək səviyyətə həyata keçirilir. Bunlardan əlavə rayon sakinlərinin sosial problemləri istiqamətində aparılan islahatlar öz bəhrəsini vermək üzrədir. Əlbətdə ki, qeyt etdiyimiz bütün alqışalayiq işlər məhz Salyan RİH-nin başçısı cənab Sevindik Hətəmovun tələbkarlığının bariz nümünəsidir. Rayon sakinlərin bildirdiyinə görə, icra başçısı sakinlərlə tez-tez görüşür və onların problemləri ilə yaxından maraqlanır.

Ağsaqqallar və ağbirçəklər bizimlə söhbət zamanı vurğuladılar ki, yaxın keçmişə nəzər saldıqda vəziyyətin xeyli dəyişdiyini, güzəranımızın yaxşılaşması istiqamətində cənab başçının səylə çalışdığına görə hər bir rayon sakini onu alqışlayır. Elə bu günlərdə icra başçının keçirtdiyi səyyar qəbul görüşü qeyd etməmək haqızlıq kimi qəbul edilərdi. Səyyar qəbul zamanı çıxış edən Salyan rayon sakinləri göstərilən diqqət və qayğıya görə cənab Prezident İham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Salyan rayonu inamlı inkişaf yollarında- Abadlıq, quruculuq işləri sürətlə davam edir


Rayonun Təhsil, Səhiyyə, Mədəniyyət işçiləri ilə görüşü zamanı S. Hətəmov hər bir sahədə yaşanan çatışmamazlıqlar barədə məlumatlar toplayır və dərhal həlli istiqamətində lazımı addımlar atır. Etiraf edək ki, ölkəmizdə dövlət gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, gənclərlə bağlı qəbul edilən müxtəlif Dövlət proqramlarının əhəmiyyətini vurğulanır, rayonda həyata keçirilən tədbirlərdən danışılır və rayon gənclərinin quruculuq prosesində fəal iştirak etdiyini diqqətə çatdırılır. Bir sözlə rayon sakinləri öz icra başçılarını dəstəkləyir və onun ətrafında sıx birləşərək Salyan rayonun daha da çiçəklənməsi istiqamətində səylə çalışdıqlarını diqqətimizə çatdırdılar.


Bolgexeber.com olaraq bizdə öz növbəmizdə Salyan RİH-nin başçısı cənab Sevindik Hətəmova dərin təşəkkürümüzü bildiririk. Məhz onun uzaq görən siyasətin nəticəsidir ki, ölkə başçısı cənab İlham Əliyevin etimadını şərəflə doğruldur. Bir sözlə, Salyan rayonu inamlı inkişaf yollarındadır. Bu inkişafa mane olacaq bir quvvə belə yoxdur.