BolgeXeber.Com » İdman » Avroliqanın finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb

Avroliqanın finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb

15-05-2019, 12:41
Oxunub: 3 739 Avroliqanın finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb"UEFA Avropa Liqasının finalı ilə bağlı "ASAN Viza” əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər".

ONA-nın xəbərinə görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı 2 dəfədən çox artırılıb.

F. Cəfərov qeyd edib ki, gəliş vizalarının verilməsi proseduru sadələşdirilib və UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar.