Azərbaycanda 700 quşun adı dəyişdirilir
16-05-2019, 16:54
Oxunub: 3 164
"Bəzi quş növləri adlarının dəyişdirilməsi ilə bağlı yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib”.
Bolgexeber.com xəbər verir ki, bunu "Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.
O xatırladıb ki, məlum məsələ ilə əlaqədar bir müddət əvvəl tərkibində AMEA-nın Zoologiya İnstitutu, institutun Naxçıvan filialının Bioresurslar İnstitutu, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin aparıcı ornitoloqlarından ibarət komissiya yaradılıb: "Uzunmüddətli müzakirələrdən sonra quş adlarının bəziləri dəyişdirildi, bəziləri qaldı, bəziləri isə iki adla qeyd edildi”.
İnstitut direktoru bildirib ki, yekun qəbul edilən qərar Akademiyanın Biologiya və tibb elmləri bölməsinə verilib: "Məsələ bir daha müzakirə edildi və bəzi xırda dəyişikliklər edilərək ümumilikdə 700-ə yaxın quş növünün adı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib. Sadəcə, mətbuatda şou yaratmaq naminə məhz 20 quş növünün adı gündəmə gətirildi”.
E.Yusifov qeyd edib ki, Azərbaycan faunasında 402 quş növü təsdiq edilib və onun içərisində fikir ayrılığı yaradan 20 adın içərisində, təxminən, yarısını birmənalı şəkildə saxladıq: "Quşlara veriləcək milli adlarımız olduğu təqdirdə rus adlarının verilməsini məqsədəuyğun hesab etmədik”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər