BolgeXeber.Com » İqtisadiyyat » Gəncədə körpülərin bərpasına 6,4 milyon manat ayrıldı

Gəncədə körpülərin bərpasına 6,4 milyon manat ayrıldı

16-05-2019, 16:58
Oxunub: 2 486 Gəncədə körpülərin bərpasına 6,4 milyon manat ayrıldıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Sənədə əsasən, Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan beş körpünün bərpası məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.