XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Novxanı sakinlərinə daşınmaz əmlakın qeydiyyat xidmətləri daha yaxın oldu

 Novxanı sakinlərinə daşınmaz əmlakın qeydiyyat xidmətləri daha yaxın olduDaşınmaz əmlakın qeydiyyatı xidmətlərininəhaliyə çatdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi səyyar kampaniyaları davam etdirir

Xidməti vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası ilə bütün qeydiyyat xidmətləri regional ofislərə getmədən göstərilir. Bununla da vətəndaşlar ünvanlarında sürətli və rahat şəkildə göstərilən mobil xidmətlərdən yararlanırlar.
Komitə tərəfindən növbəti sosial aksiya Abşeron rayonunun Novxanı qəsəbəsində keçiriləcək. Səyyar qeydiyyat avtobusu may ayının 20-dən 24-dək, Abşeron rayonu, Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi, 8 ünvanında(Poliklinika binasının qarşısında)olacaq. Xidmətlərdən yararlanmaq istəyən şəxslər saat 09:00-dan 17:00-a qədər mobil ofisə yaxınlaşa bilər.
Eyni anda daha çox sakinin xidmətlərdən istifadəsini təmin edən sosial aksiya iləfərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə yanaşı, plan-sxemin, texniki pasportların tərtibi xidmətləri də göstərilir. Eyni zamanda, səyyar ofisə yaxınlaşan sakinlərə elektron çıxarışlar barədə məlumat verilir, suallar cavablandırılır.
Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı prosesini sürətləndirən belə kampaniyalar ölkə üzrə müxtəlif kənd və qəsəbələrdə keçirilir. Bununla hər bir vətəndaşın mülkiyyət hüququnu daha rahat həyata keçirməsi təmin edilir.
Bolgexeber.com


Bölmə: İqtisadiyyat | 17 may 2019 11:29 | Baxış sayı: 33





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: