BolgeXeber.Com » Gündəm » “Uzun Ömür İvanovka” MMC-nin süd məhsulları TƏHLÜKƏLİDİR

“Uzun Ömür İvanovka” MMC-nin süd məhsulları TƏHLÜKƏLİDİR

17-05-2019, 13:29
Oxunub: 7 909 “Uzun Ömür İvanovka” MMC-nin süd məhsulları TƏHLÜKƏLİDİRBir sözlə sağlamlığını təhlükə altına atır

Ötən yazılarımızda “Uzun Ömür İvanovka” MMC ilə bağlı tənqii məqalə dərc etmişdik.

Oxucularımızın şikayəti əsasında dərc olunan məqalə adı hallanan MMC-nin rəhbərliyi tərəfindən böyük təpki ilə qarşılandı. Güya, MMC-nin istehsal etdiyi süd məhsullarına qarşı qarayaxma kompaniya aparırıq. Fakt odur ki, marketlər istehsal olunan məhsulun keyfiyyətindən və buraxılış tarixinin fərqinə varmadan birbaşa satışa çıxarır. Məlumat üçün bildirək ki, satışa çıxarılan bəzi məhsulların üzərindəki istehsal vaxtı məhsulun istehsal edildiyi günə uyğun olaraq yox, satışa çıxarıldığı günə uyğun olaraq yazılır.

Bununla da saxta məhsulu alan alıcı çox ciddi problemlərlə qarşılaşır. Bir sözlə sağlamlığını təhlükə altına atır. Nəzərinizə çatdıraq ki, qeyd etdiyimiz məlumata əsasən məqlə dosye.org saytında yayımlandıqdan sonra Belə ki, özünü “Uzun Ömür İvanovka” MMC-nin məsül işçisi kimi təqdim edən şəxs, redaksiyamıza telefon zəngi edərək onlara qarşı güya həqiqətə uyğun olmayan məlumatlar dərc etmişik və fəaliyyətlərini kölgə ltına almışıq. Eyni zamanda azərbaycanlığımızı nəzərə alıb məqaləni saytdan silinməyini xahiş etdi. Əlbətdə ki, dosye.org olaraq öz növbəmizdə “Uzun Ömür İvanovka” MMC-nin rəhbər şəxsinə işlərində diqqətli olmağını və məhsulun keyfiyyət baxımından yüksək səviyyətə təşkil olunmağını xahiş etdik. Ən azından həmən məhsuldan istifadə edənlərdən biridə məhz öz ailəmizdir.
“Uzun Ömür İvanovka” MMC-nin süd məhsulları TƏHLÜKƏLİDİR


Bundan sonra yenidən marketlərdən “Uzun Ömür İvanovka” MMC-nin istehsal etdiyi süd məhsülları ilə bağlı sorğu keçirtdik. Məlum oldu ki, satışa çıxarılan bəzi məhsulların üzərindəki istehsal vaxtı məhsulun istehsal edildiyi günə uyğun olaraq yox, satışa çıxarıldığı günə uyğun olaraq yazılır. Yəni, vaxtı keçmiş məhsul yeni trixlə alıcılara satılır. Bu istiqamətdə araşdırmalarımız davam edir.
dosye.org