XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Pərdə olar, plyonka olmaz? – Hər ikisi görüntünü məhdudlaşdırır, amma birinə cərimə var (VİDEO)

Pərdə olar, plyonka olmaz? – Hər ikisi görüntünü məhdudlaşdırır, amma birinə cərimə var (VİDEO)May ayının 1-dən etibarən əksər sürücülər avtomobillərinin arxa şüşələrində pərdə və jalüzlərdən istifadəyə başlayıb

Qaydalara əsasən, arxa yan şüşədə pərdə və jalüzlərə icazə verilsə də, plyonkaların istifadəsi qadağandır. Lakin sürücülər pərdə ilə plyonka arasında bir fərq olmadığını düşünürlər.
Millət vəkili Çingiz Qənizadə də bu qaydanın anlaşılmaz və lazımsız olduğunu deyir.
Sosial şəbəkələrdə isə arxa yan və qabaq yan şüşələrə plyonkaların istifadəsinə icazə verildiyi barəsində məlumatlar yayılır. Elə bu işlə məşğul olan şəxslər də son zamanlar arxa və qabaq yan şüşələrdə plyonkadan istifadə edən sürücülərin artdığını deyirlər.
Millət vəkili Çingiz Qənizadə isə avtomobilin qabaq yan şüşələrində pərdə və plyonkadan istifadənin yolverilməz olduğunu deyir. Bunu edən şəxslər qanunvericiliyin tələblərinə uyğun şəkildə 150 manat məbləğində cərimələnirlər.
Çingiz Qənizadə hesab edir ki, avtomobillərdə pərdə və jalüzlərin istifadəsinin mövsümi olaraq həyata keçirilməsi məsələsi də birdəfəlik aradan qaldırılmalıdır.
Millət vəkilinin sözlərinə görə, ölkəmizin tərəfdaş olduğu beynəlxalq qaydalarda da bu, öz əksini tapıb.

Bölmə: Ölkə | 17 may 2019 15:55 | Baxış sayı: 55





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: