XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bakıda Arif Məlikovun heykəli ucaldılacaq - SƏRƏNCAM

Bakıda Arif Məlikovun heykəli ucaldılacaq - SƏRƏNCAMPrezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncamla Bakı şəhər İcra Hakimiyyətinə Fəxri xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etmək və Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etmək tapşırılıb.

Mədəniyyət Nazirliyinə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etmək və Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bölmə: Mədəniyyət | 17 may 2019 15:59 | Baxış sayı: 29





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: