BolgeXeber.Com » Ölkə » Ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatmışdır

Ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatmışdır

17-05-2019, 16:27
Oxunub: 2 236 Ədalət mühakimə sistemində insan haqlarına dair  beynəlxalq seminar başa çatmışdırBeynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə keçirilən “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar öz işini yekunlaşdırmışdır.

Bolgexeber.com-a Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, tədbir çərçivəsində ekspertlər tərəfindən Avropa İnsan Hüquqları Konvensiyası kontekstində azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqları, informasiya sahəsində insan hüquq və azadlıqlarının təmin olunması barədə iştirakçılara geniş məlumat verilmişdir. Eləcə də digər əlaqədar mövzularla bağlı ortaya çıxan problemlər və onların həlli yolları, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin məsələlərə yanaşması, prioriterləri və yeni istiqamətləri ətraflı müzakirə edilmişdir.

Seminarda təqdimat və praktiki məsələlər, habelə iştirakçıları maraqlandıran digər mövzularla bağlı suallar beynəlxalq ekspertlər tərəfindən cavablandırılmışdır.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.

Seminar iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə etmişlər.
Ədalət mühakimə sistemində insan haqlarına dair  beynəlxalq seminar başa çatmışdır
Ədalət mühakimə sistemində insan haqlarına dair  beynəlxalq seminar başa çatmışdır