BolgeXeber.Com » Xəbərlər » Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir - GİLEY
Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir - GİLEY
18-05-2019, 10:27
Oxunub: 1 748
Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir tikib təhvil veriə bilmir.
Bolgexeber.com xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən sakin Fuad İsmayılzadə bildirib ki, Həsən bəy Zərdabi küçəsi 74 ünvanında yerləşən, 2012-ci ildə tikintisina başlanılan və 3 ilə təhvil verilməsi nəzərdə tutulan binada işlər hələ də tamamlanmayıb:
“Bina Nazirlər Kabinetinin sifarişi ilə onun əməkdaşları üçün tikilib və mənim atam həmin qurumda işlədiyi üçün biz də endirimli qiymətlə oradan mənzil almışıq. Amma 2017-ci ildən bəri binada işlər dayanıb, Fövqəladə Hallar Nazirliyi bir neçə dəfə binanı təhvil götürmək üçün gəlib və yoxlayıb, işlər tamamlanmadığı üçün sənəd verilməyib. Binada 4 lift var, 3-ü ümumiyyətlə işləmir, biri də tez-tez xarab olur, balkonların şüşələri qoyulmayıb və kommunikasiya ilə bağlı başqa işlər qalıb. 2017-ci ildən sonra isə demək olar ki, ümumiyyətlə, işlər dayanıb”.
Həmin binanın tikintisi üzrə layihə rəhbəri Qurban Əhmədov bildirib ki, hazırda binada görülən işlərin ekspertizası ilə bağlı Fövqəladə Hallar Nazirliyindədir: “Binada işlər davam etdirilir, təxminən 95 faiz iş görülüb, xırda işlər qalıb. Daxili kommunikasiya xətləri çəkilib, onların ana xəttə birləşdirilməsi qalıb. Binada bəzi mənzillərdə yaşayış var, bəzilərində yoxdur. Binaya köçən sakinlər kommunal xətlərdən istifadə edirlər. Bu ilin sonuna kimi binanın tam təhvil verilməsi nəzərdə tutulub”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər