XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Rəngi pozulmuş piyada zolaqları niyə yenidən rənglənmir?

Rəngi pozulmuş piyada zolaqları niyə yenidən rənglənmir?Mən şəxsən millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm

“Artıq Bakıda piyada keçidlərində rəngi pozulmuş zolaqlar yenidən ağ boya ilə rənglənmir”.

Bunu millət vəkili Fazil Mustafa deyib. O, əvvəllər bu funksiyanı Dövlət Yol Polisi tərəfindən yerinə yetirildiyini deyib:

“Nə zaman müraciət edirdin, dərhal gəlib həmin pozulmuş zolaqları yenidən rəngləyirdilər. İndi bu funksiya Bakı Nəqliyyat Agentliyinə verilib. Artıq bu səlahiyyət dəyişikliyi olandan nə dayanacaqları yuyurlar, nə də bir neçə aydır rəngi solmuş zolaqları yenidən rəngləyirlər. Bir neçə dəfə yazdım, Milli Məclisdə çıxışımda ittiham etdim, bu qurumun operativ telefon nömrələrinə zəng etdirdim. Adamlar boyunlarından atdılar ki, bəs rəsmi olaraq bizə həvalə olunsa da, qeyri-rəsmi bu işə “Azəryol”un xüsusi servis qurumu baxır. Ötən həftə Zabratda məhz bu keçiddə zolaq görünmədiyinə görə dərsdən çıxan bir uşağı nənəsi ilə birlikdə avtomobil vurdu, Allah üzlərinə baxdı ki, ölüm olmadı, ancaq hər ikisi də ağır dərəcəli sınıqla hələ də xəstəxanada yatırlar. Mən şəxsən millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm. Nəqliyyatın intellektual idarəetməsi buna deyərlər e... O qədər böyük intellekt sahibi olmalısan ki, həmin qurumu tapıb piyadaların həyatını xilas edəsən. Hiyləgərliyin yolunu da tapıblar, yüksək çinli dövlət məmurlarının daimi hərəkət etdiyi yollarda bu funksiyanı layiqincə yerinə yetirirlər, keçidlərdə ağ boya gözəl qadının üzündəki pudra kimi bərq vurur, mərkəzi yoldan uzaq yerləri isə yalnız özəl iri obyektlərdən vəsait aldıqları zaman onların qarşısındakı zolaqları rəngləyirlər. Əslində ağ boyanın keyfiyyəti də ayrıca müzakirə mövzusudur. İnkişaf etmiş ölkələrdə boyanın tərkibinə hanısa zibili qatmadıqlarına görə uzun müddət yeniləməyə də ehtiyac duyulmur. Bizdə isə bir neçə həftədən sonra rənglənən yer asfaltın rəngindən seçilmir. Burada iki məqam ola bilər: ya bu boyaları qara bazarda satırlar və sənəd üzərində istifadə olunduğunu qeyd edərək böyük vəsait mənimsəyirlər, ya da həqiqətən də səlahiyyət bölgüsündə ənənəvi xaos hökm sürür. Bakı Nəqliyyat Agentliyi bir qurum olaraq niyə yaradılıb?".

Deputat qeyd edib ki, hər dəfə bu məsələ ilə bağlı konkret təkliflər irəli sürüb: “Aydındır ki, bizdə yol mədəniyyəti də çox-çox aşağı səviyyədədir, avtomobil sürücülərinin də mütləq əksəriyyəti keçid yazılan yerdə dayanmağa vicdan məsələsi kimi baxmırlar. O halda hər bir piyada bütün şəhərin küçələrində əlində ağ bayraqla gəzməlidir, nə fərqi var, rəng eynidir, yerdə olmasın göydə olsun- bu bayrağı yelləməklə avtomobilləri dayanmağa məcbur etsinlər. Burada həm də bir təslimiyyətçilik işarəsi nəzərdə tutulur. Yəni vətəndaş qanunsuzluğun qarşısında, məmur etinasızlığının qarşısında, üstəlik də həyatına qəsd edə biləcək dəmir avtomobilin qarşısında aciz olduğunu etiraf edərək təslimiyyətini bu yolla ifadə etmiş olacaqdır”.
Bölmə: Müsahibə-Reportaj | 18 may 2019 15:41 | Baxış sayı: 77





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: