BolgeXeber.Com » Ölkə » ƏMDK vətəndaşlara necə xidmət göstərir?

ƏMDK vətəndaşlara necə xidmət göstərir?

20-05-2019, 08:59
Oxunub: 3 510 ƏMDK  vətəndaşlara necə xidmət göstərir?Əmlak Məsələləri Dövlət Komitəsi yeni inkişaf modelini əsas götürüb

Müstəqil dövlət kimi Azərbaycanın bütün sahələr üzrə konseptual inkişaf əldə etməsi daim prioritet amil olub.

Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə böyük nəticələr əldə edilib, ölkə həyatının bütün istiqamətləri üzrə hüquqi, monolit baza yaradılıb. Elə 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması ilə dövlət əmlakının idarə olunması da mühüm amil kimi ölkə həyatında böyük rol oynadı.
Düzdür, əgər ölkə mətbuatına nəzər salsaq ilk illərdə, Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində müəyyən nöqsanların ,qurumdan şikayətlərin olmasını görmək olardı.Lakin ildən-ilə bu nöqsanlar ,neqativ hallar demək olar ki,tamamilə aradan götürüldüyündən Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətindən mətbuatda vətəndaşlar tərəfindən şikayətlər kəskin olaraq azaldı və bu müsbət tendensiya bu günəcən də davam edir.

Bildiyimiz kimi komitənin fəaliyyət istiqamətləri dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Son illərdə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət, uğurlu iqtisadi islahatlar davam etməklə öz müsbət nəticələrini verdi. Həyata keçirilən islahatlar çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən də fəaliyyət istiqamətləri üzrə ötən il mühüm işlər görülüb. Strateji Yol Xəritələrinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində bütün istiqamətlər üzrə qiymətləndirilməsi aparılan 47 dövlət qurumu arasında Komitə 8-ci yeri tutmaqla, ümumi hədəflərin 53%-in icrasını təmin edib. Komitə ötən il 5 yeni elektron xidmət istifadəyə verməklə, göstərdiyi elektron xidmətlərin sayını 37-yə çatdırıb. 2017-ci il ərzində elektron və onlayn xidmətlər vasitəsilə 180 mindən çox müraciət daxil olub və cavablandırılıb. Təbii ki,bütün bu naillətlərin əldə olunmasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri İlham Əliyevin bu sahədə verdiyi tapşırıqları layiqincə yerinə yetirən Kərəm Həsənovun böyük xidmətləri və zəhməti var.
Qeyd etmək lazımdır ki, hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsində kifayət qədər peşəkar kadrlar fəaliyyət göstərir. Kərəm Həsənovun sədrliyi ilə qarşıdakı illərdə daha funksional və operativ mexanizmlərin tətbiqi dövlət komitəsinin qarşısında duran əsas vəzifələrdən biridir. Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinə qarşı əhalinin münasibətinin mübətə doğru dəyişməsinin quruma edilən müraciətlərə həssas şəkildə yanaşılmasının kökündə Kərəm Həsənovun yerlərdə şikayətçi vətəndaşlarla mütəmadi olaraq görüşməsi və onların problemlərini dinləyərək bir çoxlarının elə yerindəcə həll olunması durur. Statistika da özündə Əmlak Məsələləri Dövlət Komitəsində xeyli irəliləyişlərin olmasını özündə əks etdirir.
Məsələn,ötən dövr ərzində komitəyə edilən 12 min müraciətdən 8 mini vətəndaşlar tərəfindəndir. Bu müraciətlərin icrası Kərəm Həsənovun rəhbərliyi altında tam təmin edilərək bütün zəruri addımlar həyata keçirilib. Komitədə şəffaf, operativ tam təmin edilib. Təsadüfi deyil ki, təkcə ötən il ərzində Komitənin bütün strukturları üzrə 184 nəfər işdən azad olunub, 77 töhmət, 197 nəfərə xəbərdarlıq verilib. Bu dövrdə yeni işə qəbul edilənlərin sayı isə 200 nəfərdir.
Bolgexeber.com-un araşdırması və vətəndaşlar arasında keçirilən sorğular nəticəsində müəyyən olunub ki,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saylı ərazi idarəsi mərkəzləri əhaliyə yüksək səviyyədə xidmət göstərir .

Əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi, torpaq sahələrinin özəlləşdirilməsi yönündə proseslər qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Müraciət edən vətəndaşlara lazımi bütün köməkliklər idarə əməkdaşları tərəfindən göstərilir.
Mütəmadi olaraq aparılan maarifləndirici tədbirlər Əmlak Məsələləri Dövlət Komitəsi haqqında vətəndaşların daha geniş təsəvvür sahibi olmalarına xidmət edir.
Əmlak komitəsinin ərazi idarələrinə müraciət edən sakinlər proseslərin tam şəffaf həyata keçirildiyini qeyd ediblər.
Bundan başqa Əmlak komitəsinin dövlət qurumları arasında nümunəvi quruma çevrilməsində Daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin əhaliyə çatdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi avtobuslarla səyyar kampaniyalar həyata keçirməsidir ki,bu da sakinlərin böyük razılığına səbəb olur.
Qeyd edək ki, bu xidmət vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası ilə bütün qeydiyyat xidmətləri regional ofislərə getmədən göstərilir. Bununla da vətəndaşlar ünvanlarında sürətli və rahat şəkildə göstərilən mobil xidmətlərdən yararlanırlar.
Komitə tərəfindən sosial aksiyalar ayrı-ayrı regionlarda keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsi də, dövlət orqanı kimi, qarşıya qoyulan tələbləri yerinə yetirməklə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdə davam edir.
Ölkə başçısının tapşırıq və göstərişlərinin icrası məqsədilə, komitə tərəfindən dövlət əmlakının özəlləşdirilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahələrində müntəzəm tədbirlər həyata keçirilir. Göstərilən xidmətlərdə şəffaflıq, rahatlıq, əlçatanlıq, vətəndaş məmnunluğu, ictimai agahlıq və maarifləndirmə kimi məsələlər komitənin fəaliyyətində mühüm prinsiplər kimi daim önə çəkilir.

Məhz bu prinsipləri rəhbər tutmaqla, komitə son illərdə fəaliyyət sahələri üzrə mühüm nəticələr əldə edib və böyük uğurlar qazanıb. Bu uğurların əsas təminatı komitə tərəfindən müasir texnologiyaların və yanaşmaların, internet vasitələrin və elektron alətlərin, xidmətlərdə yenilikçi üsul və metodların tətbiqi, hüquqi təkmilləşdirmə və prosedurların sadələşdirilməsi istiqamətində atılmış addımlar olub. Belə addımlar vətəndaş-məmur ünsiyyətinin maksimum azalması, bu ünsiyyətin tədricən elektron müstəviyə keçməsi, əhalinin xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnib.
Təkcə bunu qeyd etmək yerinə düşər ki, son 2 ildə komitə tərəfindən istifadəyə verilən elektron xidmətlər fəaliyyətdə şəffaflığın daha yüksək səviyyəyə qalxmasına, vətəndaş-məmur ünsiyyətinin əhəmiyyətli dərəcədə azalmasına və vaxta böyük qənaət olunmasına gətirib çıxarıb. Bu elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı sahələrini əhatə edir. Bu isə komitənin fəaliyyət sferasının əksər hissəsinin elektronlaşması deməkdir. Qısa vaxt ərzində komitə elektron xidmətlərin sayını 4-dən 22-yə çatdırıb. Komitənin göstərdiyi elektron xidmətləri vahid virtual məkanda cəmləyən ayrıca www.e-emdk.gov.az portalı istifadəçiləri lazımi informasiya ilə yetərincə təmin edir . Bu xidmətlərin sayı və keyfiyyət dərəcəsi artırılmaqdadır və komitə yeni elektron xidmətləri istifadəyə verməyi nəzərdə tutur.
Bütün bunlar onu deməyə əsas verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş məmnunluğunun yüksəlməsi istiqamətində fəaliyyətini xeyli gücləndiririb.
Bolgexeber.com