BolgeXeber.Com » Bölgə » Zaqatalada yağış fəsadlara səbəb oldu

Zaqatalada yağış fəsadlara səbəb oldu

20-05-2019, 09:51
Oxunub: 3 511 Zaqatalada yağış fəsadlara səbəb olduZaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsində 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.