BolgeXeber.Com » Sosial » Şəmkirdə nəcib və xoş əməlləri ilə tanınan xeyriyyəçi sahibkar

Şəmkirdə nəcib və xoş əməlləri ilə tanınan xeyriyyəçi sahibkar

20-05-2019, 10:44
Oxunub: 4 711 Şəmkirdə nəcib və xoş əməlləri ilə tanınan  xeyriyyəçi sahibkarXeyriyyəçilkdən başqa həmişə dövlətçiliyə sadiq olan Aslan Əliyev sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şəraitindən razılığını bildirir

Bu gün biz elə bir dünyada yaşayırıq ki, artıq zəmanəmizdə həqiqi insanpərvərlik, mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlara az-az rast gəlirik. Amma dövlətimizin gördüyü işlər, apardığı məqsədyönlü siyasət nəticəsində artıq bu ənənə dirçəlib. Xeyriyyəçilik missiyası bu gün həmişəkindən daha vacibdir.
Azərbaycanda xeyriyyəçilik ümummilli ideya, ümummilli miqyaslı işdir ki,biz bunu məşhur azərbaycanlı sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin fəaliyyətində bariz şəkildə görmüşük. Sevindiricidir ki, ölkənin hər guşəsində bu ideyanı davam etdirirən xeyriyyəçi sahibkarlar var ki,onlardan biri də Şəmkirli sahibkar Aslan Əliyevdir. 90-cı illərdən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aslan Əliyev uzun müddətdir öz nəcib əməlləri, xeyriyyəçi addımları ilə rayon ictimaiyyətinin diqqətini çəkib, rəğbətini qazanıb. Xeyriyyəçilik kimi xoş niyyəti Şəmkirdə ənənəyə çevirən sahibkar rayon ərazisində yaşayan aztəminatlı ailələrə yardım edir, onların ərzaq və geyimlə təmin olunmasında dəstək göstərir.

Xeyriyyəçilkdən başqa həmişə dövlətçiliyə sadiq olan Aslan Əliyev sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şəraitindən razılığını bildirir. Aslan Əliyev çalışır ki, dövlətimizin vətəndaşlara göstərdiyi qayğıda onun da payı olsun.


Bu nəcib və xoş əməllərində Aslan Əliyevə uğurlar arzulayırıq.

Bolgexeber.com