BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

21-05-2019, 10:15
Oxunub: 2 516 Azərbaycan nefti cüzi ucuzlaşıbAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,44 ABŞ dolları və yaxud 0,58% azalıb.

Bolgexeber.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,53 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.