XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İndoneziyanın yeni prezidenti müəyyənləşdi

İndoneziyanın yeni prezidenti müəyyənləşdiİndoneziyada 17 apreldə keçirilən seçkilərin nəticəsi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, ölkəyə hazırda rəhbərlik edən Coko Vidodo növbəti dəfə prezident seçilib. İndoneziya Demokratik Mübarizə Partiyasının namizədi səslərin 55,5%-ini, yəni 85 milyondan çox insanın etimadını qazana bilib. Onun rəqibi Böyük İndoneziya Hərəkatı Partiyasının rəhbəri Prabovo Subianto isə 44,5% (68 milyon səs) dəstək toplayıb.

Parlament seçkilərində isə 9 partiya Təmsilçilər Məclisinə daxil olmağa haqq qazanıb. İndoneziya Demokratik Mübarizə Partiyası bu seçkilərdə də liderliyi əlində saxlayıb.

Müxalifət lideri Subianto və dəstəkçiləri isə seçkidə qanunsuzluğa yol verildiyini iddia edərək rəsmi nəticələrə etiraz etməyə hazırlaşır.
Bölmə: Siyasət | 21 may 2019 13:21 | Baxış sayı: 167





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: