BolgeXeber.Com » Bölgə » Yardımlı polisi asayişi,ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyur

Yardımlı polisi asayişi,ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyur

21-05-2019, 14:07
Oxunub: 4 217 Yardımlı  polisi asayişi,ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyurHeç kəsə sirr deyil ki, Azərbaycanda ictimai-siyasi sabitliyin ölkəmizin müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biri, bəlkə də birincisir

Azərbaycan polisinin öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi də bir həqiqətdir. O, da danılmaz bir faktdır ki, Azərbaycan polisi daima öz xalqına, öz dövlətinə canıyla, qanıyla, vicdanıyla xidmət edib və bugün də edir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır”
Bolge.TV paytaxta və bölgələrdə polisllərin vətəndaşlara göstərdikləri yüksək xidməti ilə bağlı reportajlar hazırlayır.Bu dəfə müxbirlərimiz Yardımlı rayonuna ezam olunublar.Yardımlı polisi,yol poisi daxil olmaqla dövlətimizin, vətəndaşların keşiyində ləyaqətlə durur, sabitliyin qorunmasında böyük xidmət göstərir.
Bunu BÖLGƏ.TV-nin əməkdaşları ilə söhbət zamanı Yardımlının Nisəqələ,Avaş, Perimbel,Deman, Anzov, Yolocaq kəndlərinin sakinləri qeyd etmişlər.
Sakinlər rayon polisindən razılıqlarını bildirmiş və Yardımlı polisinin rayonda ictimai təhlükəsizliyi ,asayişi ayıq-sayıq qorumusını vurğulayıblar. Yaxın zamanlarda Yardımlıda polisin fəaliyyəti ilə bağlı BÖLGƏ.TV-nin hazırladığı reportajı oxuculara təqdim edəcəyik.
Bolgexeber.com
Fatimə Ümid