BolgeXeber.Com » İqtisadiyyat » Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

22-05-2019, 12:23
Oxunub: 3 205 Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaqMayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı - Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib.

Bolgexeber.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.

“Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik", - C.Qurbanov deyib.