XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Dövlət Komitəsi: “Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı statistika saxtalaşdırılır”

Dövlət Komitəsi: “Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı statistika saxtalaşdırılır”“Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı statistikaların saxtalaşdırılması faktları var”

ONA-nın məlumatına görə, bunu Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. A.Veysəlova bildirib ki, bu, daha çox açılan cinayət işlərinin maddəsinin dəyişdirilməsi ilə özünü biruzə verir: “Məişət zorakılığına məruz qalma halları ilə bağlı rəqəmlər üst-üstə düşmür. Məsələn, ilin ortasında Komitəyə Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə açılmış işlərlə bağlı təqribən 60-a yaxın fakt daxil olur. İlin sonunda statistikada rəqəm 37 göstərilir. Daxili İşlər Nazirliyinə zəng vurub rəqəmlərdəki fərqin səbəbini soruşanda, deyirlər ki, araşdırmalarla açılmış cinayət işinin maddəsi dəyişdirilib”.

Komitə rəsmisinin sözlərinə görə, insan amili olan proseslərdə diqqətli olmaq, problemləri gizlətmək yox, açmaq lazımdır: “Rayonlara səfər zamanı hüquq-mühafizə orqanlarından erkən nikah, zorlama halları ilə bağlı məlumat istəyəndə tarixdən, Tomrisdən danışırlar. Deyirəm, mən tarixi də bilirəm, Tomrisi də tanıyıram. Mənə fakt lazımdır, zorlama, erkən nikahla bağlı fakt verin”.
Bölmə: Sosial | 22 may 2019 13:18 | Baxış sayı: 61





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: