XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 
Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbi dostluq və əməkdaşlıq görüşündə olub

Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbi dostluq və əməkdaşlıq görüşündə olubBərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbi Yevlax rayonunda yerləşən Malbinəsi kənd uşaq musiqi məktəbində dostluq və əməkdaşlıq görüşündə olub

Mədəniyyət müəssisələri arasında mədəni əlaqələrin gücləndirilməsi, daha müasir və effektiv iş prinsipinin qurulması, inkişaf etdirilməsi üçün Bərdə Regional Mədəniyyət İdarəsi müxtəlif layihələr, təkliflər planı hazırlayaraq həyata keçirir. Bu baxımdan artıq ənənə halını almış və regional idarə üzrəbütün mədəniyyət müəssisələrini əhatə edən dostluq və əməkdaşlıq görüşlərinin xüsusi bir əhəmiyyəti vardır. Bu istiqamət üzrə növbəti tədbir Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbi ilə regional idarənin tabeliyində olan Yevlax rayon Malbinəsi kənd uşaq musiqi məktəbi arasında baş tutub. Görüş çərçivəsində məktəbin kollektivi bir neçə qrupa bölünərək müxtəlif otaqlarda fənlər üzrə dərslərin tədrisi ilə yaxından tanış olublar. Daha sonra tədbir iştirakçıları Azərbaycan xalqının ölməz şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad ediblər və ardınca tədbirin rəsmi hissəsinə start verilib. Çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Yevlax şəhəri üzrə nümayəndə Rafiq Məmmədov tədbir iştirakçılarını salamlayıb və bu kimi tədbirlərin keçirilməsinin mahiyyətindən danışıb.
Kətəlparaq kənd uşaq musiqi məktəbinin direktor əvəzi Əlvanə Məmmədova isə öz çıxışında belə tədbirlərin keçirilməsinin, musiqi məktəbləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının, onların inkişafı, təhsil alan şagirdlərin mənəvi – estetik zövqünün formalaşması üçün böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Sonra tədbirin bədii hissəsinə start verilib. Bədii hissədə Kətəlparaq kənd uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi bir birindən gözəl ifalar səsləndiriblər. Görüş sonda “Qarabağ şikəstəsi”nin ifası və “Qarabağ bizimdir, bizim olacaq!” şüarı ilə ilə sona çatıb.
Qeyd edək ki, bu cür tədbirlərin təşkili regional idarə üzrə mütəmadi olaraq davam etdirilir.
Bolgexeber.com

Bölmə: Mədəniyyət | 22 may 2019 14:45 | Baxış sayı: 63

ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: