XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edibTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Dost və qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində bütün sahələrdə qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərinin artaraq davam edəcəyinə inamımız qətidir.

“Bir millət, iki dövlət” şüarı ilə genişlənən strateji münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm. Qarşıdakı dövrdə də sıx əməkdaşlığımızın regionumuzda və regionumuzdan kənarda sülh, rifah və sabitliyə mühüm töhfə verəcəyinə səmimi qəlbdən inanıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm".
Bölmə: Xəbərlər | 22 may 2019 18:18 | Baxış sayı: 42





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: