BolgeXeber.Com » Dünya » Şri-Lankada terror aktı törədənlərin kimliyi müəyyən edilib

Şri-Lankada terror aktı törədənlərin kimliyi müəyyən edilib

23-05-2019, 10:04
Oxunub: 4 519 Şri-Lankada terror aktı törədənlərin kimliyi müəyyən edilibŞri-Lankada aprelin 21-i terror aktlarını törədən bütün terrorçu-intiharçıların kimlikləri müəyyən edilib.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, terror aktı törədənlərin kimliyi DNT analizi nəticəsində müəyyən edilib.

Bundan əlavə, analizlər nəticəsində həmçinin"National Thowfeek Jamaath" (NTJ) radikal qruplaşmanın lideri Məhəmməd Zəhran terrorçu-intiharçılar arasında olduğu təsdiqlənib.

Bildirilir ki, hücumlarla mümkün bağlılığı olan azı 89 nəfər polislər tərəfindən saxlanılıb. Ölkədə terror aktları ilə bağlılığı olanların axtarışları davam etdirilir, lakin terrorçuların əksəriyyəti artıq saxlanılıb.

Şri-Lanka hakimiyyəti partlayışlara görə "National Thawheed Jammath" (NTJ) radikal qruplaşmasının törətdiyini düşünürlər.

Xatırladaq ki, 21 aprel tarixində ölkədə ardıcıl partlayışlar baş verib. Şri-Lankanın Səhiyyə Nazirliyinin məlumatına görə, həmin partlayışlar nəticəsində 250-260 nəfər həlak olub.