XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Avroviziya-2019-un nəticələrində dəyişiklik: Çingizin yeri dəyişdi

Avroviziya-2019-un nəticələrində dəyişiklik: Çingizin yeri dəyişdiAvroviziya-2019-un nəticələrində dəyişiklik edilib.

Kult.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat yayılıb.

Belə ki, Belarusun münsiflər heyəti müsabiqənin qaydaların pozduğu üçün onların səsləri ləvğ edilib və əvəzində səsvermə monitoru “Ernst & Young ” şirkəti tərəfindən təsdiqlənən və digər ölkələrin səslərinə uyğun olaraq həyata keçirilib.

Avropa Yayım İttifaqı (AYİ) tərəfindən hazırlanan səslərdə insan səhvi olduğu ittifaq tərəfindən təsdiq edilib və səsvermə qaydalara uyğun olaraq düzəldilib. Buna baxmayaraq müsabiqənin ilk 4 yerində hər hansı bir dəyişiklik baş verməyib.

Yeni səslərə əsasən Azərbaycan 1 pillə geriləyərək 302 xal ilə 8-ci yerdə qərarlaşıb.

Yenilənmiş nəticələr:

1. Hollandiya (498 xal)

2. İtaliya (472 xal)

3. Rusiya (370 xal)

4. İsveçrə (364 xal)

5. İsveç (334 xal)

6. Norveç (331 xal)

7. Şimali Makedoniya (305 xal)

8. Azərbaycan (302 xal)

9. Avstraliya (284 xal)

10. İslandiya (232 xal)
Bölmə: Mədəniyyət | 23 may 2019 11:22 | Baxış sayı: 51





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: