BolgeXeber.Com » Dünya » Qəpiklə avtomobil aldı, pulu 16 nəfər hesabladı - VİDEO

Qəpiklə avtomobil aldı, pulu 16 nəfər hesabladı - VİDEO

23-05-2019, 13:49
Oxunub: 3 410 Qəpiklə avtomobil aldı, pulu 16 nəfər hesabladı - VİDEOÇinin Hebey əyalətində yerli iş adamlarından biri 130 min yuan dəyərində (təxminən 18,8 min dollar) avtomobili qəpiklə alıb.

Bolgexeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" yazır.

Məlumata görə, həmin şəxs "Volkswagen Passat"a sahib olmaq üçün bir yuan nominallı 131 492 qəpik ödəyib, məbləğin yerdə qalan hissəsini isə başqa vasitələrlə verib.

Avtomobili satan salonun menecerinin dediyinə görə, dəmir sikkələri 16 nəfər üç gün ərzində hesablayıb.

Hər gün 08:30-da başlayıb, növbə ilə nahara çıxıblar, sonradan isə iş gününün sonuna kimi sayıblar.