BolgeXeber.Com » Şou-Biznes » Mədətovdan xanımına suallar: "Niyə boşanmırsan, soyadımı saxlamısan..."

Mədətovdan xanımına suallar: "Niyə boşanmırsan, soyadımı saxlamısan..."

23-05-2019, 16:57
Oxunub: 5 509 Mədətovdan xanımına suallar: "Niyə boşanmırsan, soyadımı saxlamısan..."Birinci ailəsi ilə boşanmaq ərəfəsində olan prodüser Anar Mədətov övladlarının onun soyadından imtina etməsi xəbərlərinə münasibət bildirib

Lent.az-a açıqlama verən prodüser bildirib ki, oğlundan sonra qızının onun soyadından imtina etməsi real deyil:
“Övladlarım hələ ki, təsir atındadır. Oğlumun mənim adımdan və soyadımdan imtina etməsi düzgün deyil. Öncə, bunu araşdırmaq lazımdır. Qızıma gəldikdə isə, o, xaricdə oxuyur. Təhsil alan zaman soyadımdan çıxa bilməz. Anar Mədətova qarşı nifrətiniz varsa, niyə mənim mülkümdə oturmusunuz? Mənə maraqlıdır ki, uşaqlar soyaddan imtina edir, bəs anaları niyə mənim soyadımda hələ də qalıb? O, niyə soyadını dəyişmir? Niyə hələ də boşanmanı uzadır? Bu sualları Elnurə Mədətovadan soruşmaq lazımdır”.
Qeyd edək ki, A.Mədətov birinci xanımı Elnurə Mədətova ilə boşanmaq niyyətindədir. O, artıq özünə yeni həyat yoldaşı da tapıb. Atasının yenidən ailə qurmasını istəməyən Azərbaycan millisinin və “Qarabağ” klubunun üzvü Anar Mədətov ata soyadından və adından imtina etdiyini açıqlayıb. Bu gün isə qızı Ayişənin rəsmi şəkildə olmasa da, instaqramda soyadından imtina edildiyi yazılıb.
Mədətovdan xanımına suallar: "Niyə boşanmırsan, soyadımı saxlamısan..."
Mədətovdan xanımına suallar: "Niyə boşanmırsan, soyadımı saxlamısan..."