BolgeXeber.Com » Xəbərlər » Pirşağı gölündə balıqlar zəhərlənərək öldürülüb - Video

Pirşağı gölündə balıqlar zəhərlənərək öldürülüb - Video

24-05-2019, 09:54
Oxunub: 1 432 Pirşağı gölündə balıqlar zəhərlənərək öldürülüb - VideoSabunçu rayonu Pirşağı kəndində yerləşən göldə balıqlar kütləvi şəkildə tələf olub.

"Xəzər Xəbər"ə göndərilən videodan görünür ki, yüzlərlə balıq məhv olub. Videonu göndərən şəxs iddia edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi göldə tor səpərək balıq tutmağı qadağan etdiyindən balıqçılar acığa belə addım atıblar.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Pirşağı gölündə həvəskar şəkildə tilovla balıq tutmağa qadağa yoxdur. Yalnız tor açmağa icazə verilmir. ''Əməkdaşlarımız ərazidə yoxlamalar aparacaq, gölün suyundan analizlər götürüləcək. Bundan sonra balıqların hansı səbəbdən tələf olmaları dəqiq məlum olacaq'', - deyə əlavə edilib.