BolgeXeber.Com » Media » Qənimət Zahid: “Jurnalistlərimizdən biri öldürülə bilər”

Qənimət Zahid: “Jurnalistlərimizdən biri öldürülə bilər”

5-04-2011, 12:30
Oxunub: 5 545
“Azadlıq”ın əməkdaşı Ramin Deko aprelin 3-də naməlum şəxslər tərəfindən oğurlanmışdı.

Onunla “profilaktik” söhbət aparmışdılar. Aprelin 4-də isə R.Deko işdən çıxıb evə gedərkən yolda naməlum şəxslərin hucumuna məruz qalıb. Ramini döyərək təhqir ediblər. Məsələyə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid münasibət bildirib: “Mən Ramin Dekonun döyüləcəyini gözləyirdim. Buna şübhəm yox idi. Əgər onunla kriminal etiketlərə uyğun şəkildə söhbət aparılmışdısa və o, bu söhbəti qəbul etməyərək onu ictimailəşdirmişdisə, döyülməli, ola bilsin, hətta öldürülməli idi. “Azadlıq”ın əməkdaşlarında daha biri bu günlərdə daha pis formada döyüləcək, ya da öldürüləcək”.

Qənimət Zahid bildirib ki, Azərbaycanda hakimiyyət yalnız kriminal qaydaları tanıyır və bu qaydalar üzrə hərəkət edir: “Mən Deko ilə bağlı son olaylara təəccüblə yanaşmıram. Bu Azərbaycanda hakimiyyətin siyasi mahiyyətinin olmamasının daha bir təsdiqidir. Daha bir arqumentdir ki, Azərbaycanda hakimiyyət məhz, kriminal əsaslarda təşəkkül tapıb və yalnız cinayətkarlıqla məşğuldur”.