XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bu səbəbdən dünyada hər gün 200, ildə 81 mindən artıq insan ölür - ŞOK

Bu səbəbdən dünyada hər gün 200, ildə 81 mindən artıq insan ölür - ŞOKİlan sancmasından hər gün dünyada 200 nəfər ölür.

Hər il ilan sancmasından ölənlərin sayı 81138-ə çatır.

Hər il 400 nəfər sancmalar nəticəsində şikəst qalır.

İngiltərədə yerləşən araşdırma mərkəzi "Velcame Trust” tərəfindən yayılan məlumatda ilan sancmalarının tropik xəstəliklə birgə müşahidə edildikdə daha çox ölüm və şikəstliyə səbəb olduğu bildirilir.

İlan sancmalarından baş verən insan ölümlərinin dünyada ən böyük və gizli problemlərdən biri olduğu vurğulanır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilan sacmaları ilə mübarizə aparmaq üçün yeni bir yol xəritəsi hazırlayacağını, bu sahəyə ayrılacaq 136 milyon dollarlıq investisiya nəticəsində 2030-cu ilə qədər bu səbəbdən ölüm və şikəstlik riskinin azaldılacağını bəyan edib.

"Velcame Trust” mərkəzinin professor Mike Turner ilan sancmalarına qarşı daha ucuz və keyfiyyətli zərdab istehsal etməyin effektli yol olacağını açıqlayıb.

Qeyd edək ki, dünyada 3400 ilan növü va və bunlardan 600-ü zəhərlidir. İlan sancmaları daha çox Asiya və Afrika ölkələrində qeydə alınır./publika.az
Bölmə: Dünya | 24 may 2019 14:19 | Baxış sayı: 44





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: