XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bu il 700 bal toplayan yoxdur (VİDEO)

Bu il 700 bal toplayan yoxdur (VİDEO)Bu il ali məktəblərə keçirilən imtahanlarda hələlik 700 bal toplayan olmayıb

Ötən il isə yaz imtahanında 10 nəfər, yay imtahanında isə 19 nəfər maksimum nəticə göstərmişdi. Bu il 700 bal toplayanların sayının az olacağı gözlənilir. Dövlət İmtahan Mərkəzindən isə 1-ci və 4-cü qruplar arasında hələlik 700 bal toplayanın olmadığı, lakin kifayət qədər yüksək nəticə göstərənlərin olduğu bildirilir.

Ötən il Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 29 nəfər 700 bal topladı. Bu il isə hələlik maksimum bal toplamaq ehtimalı olan cəmi iki nəfər var.

Dövlət İmtahan Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, hazırda bəzi bölgələr üzrə buraxılış imtahanın nəticələri açıqlanmayıb. Aprelin 7-də XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında ən yüksək nəticəni 2 şagird göstərib ki, onlar sonrakı mərhələdə 400 bal toplamadılar. Lakin onların da yay imtahanlarında 700 toplamaq imkanı var.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bu il qəbul imtahanında olan sualların ötən ilə nisbətən çətin olması məsələsinə də aydınlıq gətirib.

Xanlar Xanlarzadə onu da bildirib ki, ilkin nəticələrə görə, 600 baldan yüksək nəticə göstərən abituriyentlərin sayı da kifayət qədərdir. Yay imtahanlarının cavabından sonra isə ümumi nəticələr elan ediləcək.


Bölmə: Sosial | 24 may 2019 14:29 | Baxış sayı: 59





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: