XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Əhməd Muxtarov növbəti səyyar görüşünü keçirib - Foto

Əhməd Muxtarov növbəti səyyar görüşünü keçirib - FotoMayın 24-də Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov növbəti səyyar qəbul-görüşünü Hacıqabul şəhər Ə.Vahid və B.İbrahimov küçəsinin sakinləri ilə keçirib.

Bolgexeber.com xəbər verir ki, şəhər sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda Əhməd Muxtarov respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Hacıqabul rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran Ə.Muxtarov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Əhməd Muxtarov növbəti səyyar görüşünü keçirib - Foto
Əhməd Muxtarov növbəti səyyar görüşünü keçirib - Foto
Əhməd Muxtarov növbəti səyyar görüşünü keçirib - Foto
Bölmə: Bölgə | 24 may 2019 15:04 | Baxış sayı: 78





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: