Hacıqabulda 28 may Respublika gününə həsr olunmuş tədbir keçirilmişdir
24-05-2019, 16:52
Oxunub: 2 161
24.05.2019-cu il tarixində 1 saylı tam orta məktəbdə 28 may Respublika gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir
Tədbirdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin və MKS-nin 2 saylı kitabxana filialının əməkdaşları və 1 saylı tam orta məktəbin bir qrup şagirdi iştirak etmişdilər. Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Xanım Ağayeva, bələdçisi Nurlanə Muradova və MKS-nin 2 saylı kitabxana filialının müdiri Şəhla Salmanova geniş məruzə ilə çıxış etmişdilər və öz çıxışlarında qeyd etmişdilər ki, Şərqdə ilk Demokratik Respublikanın yaranması böyük tarixi hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq nəhəng işlər görmüş, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində Respublika Günü kimi qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayan tədbir iştirakçıları bildirmişlər ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan etmişdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər