BolgeXeber.Com » Mədəniyyət » "Ən Böyük Nailiyyətimiz Əbədi müstəqilliyimizdir" adlı tədbir keçirilib

"Ən Böyük Nailiyyətimiz Əbədi müstəqilliyimizdir" adlı tədbir keçirilib

24-05-2019, 17:46
Oxunub: 3 559 "Ən Böyük Nailiyyətimiz Əbədi müstəqilliyimizdir" adlı tədbir keçirilibBərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Heydər Əliyev Mərkəzində 28 May Respublika Günü ilə əlaqədar " Ən Böyük Nailiyyətimiz Əbədi müstəqilliyimizdir" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Səlimə Yusibova açaraq Şərqdə ilk demokratik, dünyəvi dövlət kimi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi və siyasi aspektlərindən söz açıb. O, vurğulayıb ki, Azərbaycanın milli dövlətçilik ənənələrinin əsasını qoyan Cümhuriyyət xalqımızın çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, milli oyanış və dirçəliş proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır.

Çıxışlarda qeyd olunub ki, keçmiş sovet imperiyasının hərbi təcavüzü nəticəsində itirdiyimiz müstəqilliyimiz ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən bərpa edildi və xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi yüksəliş dövrünə qədəm qoydu. Məhz dahi rəhbər Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində biz bu gün 28 May – Respublika gününü milli bayram kimi qeyd edə bilirik. Ümummilli liderimizin həyata keçirdiyi uğurlu dövlət quruculuğu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Gənclərin ölkənin bütün ictimai-siyasi, mədəni, iqtisadi və digər sahələrində sərbəst fəaliyyəti, qanunvericilik və idarəetmə orqanlarında yaxından iştirakı dövlət başçısının uğurlu gənclər siyasətinin parlaq sübutudur.

Sonda məktəblilər tərəfindən Xalq Cümhuriyyətini tərənnüm edən şeirlər səsləndirilib.
Bolgexeber.com