UEFA Mxitaryanla bağlı təxribatın qarşısını aldı
27-05-2019, 11:50
Oxunub: 2 764
UEFA "Arsenal” klubu futbolçularının Avropa Liqasının Bakı finalında erməni komanda yoldaşları Henrix Mxitaryana dəstək göstərməklə bağlı planlarına əngəl olub.
"Daily Mail”in məlumatına görə, "topçular” təhlükəsizlik məsələsini bəhanə edərək Bakıya uçmaqdan imtina edən erməni futbolçuya dəstəklə bağlı bir neçə variantı nəzərdən keçirib.
Əsas müzakirə olunan təklif isinmə hərəkətləri zamanı arxasında Mxitaryanın şəklinin olduğu köynəyin geyinilməsi olub. Ancaq bundan xəbər tutan UEFA insayderləri istənilən belə hərəkətlərin təşkilatın nizamnaməsinə görə qadağan olunduğunu bildirib.
Stadiona daxil olan zaman həm meydanda, həm də meydançadan kənarda geyinilən istənilən idman forması, o cümlədən, futbolçuların isinmə hərəkətləri zamanı geyindiyi çiyinlik əvvəlcədən Avropanın ali idman qurumu ilə razılaşdırılmalıdır.
Bu arada, nəşrin yazdığına görə, digər yandan "Arsenal” rəsmiləri Bakıda Mxitaryanla bağlı ehtiyatlı bəyanatlar səsləndirmək niyyətindədir. Onlar Azərbaycanla Ermənistan arasında uzunsürən münaqişənin olduğunu bilir və mötəbər yarışmanın finalına hər hansı siyasi gərginlik qatmaq istəmirlər.(oxu.az)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə