BolgeXeber.Com » Xəbərlər » Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib
27-05-2019, 16:59
Oxunub: 1 905
Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla səmərəli əməkdaşlığını davam etdirir.
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, mayın 22-dən 24-dək Çin Xalq Respublikasının xüsusi statuslu inzibati ərazisi olan Honq-Konqun Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Komissiyası (ICAC) və Beynəlxalq Anti-Korrupsiya Qurumları Assosiasiyasının (IAACA) birgə təşkilatçılığı ilə “Korrupsiya qarşı mübarizə - yeni perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.
50-dən artıq ölkənin 500-dən artıq nümayəndəsinin qatıldığı 7-ci tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya idarəsinin rəisi Səbuhi Alıyev və Baş İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi Fuad Rəsulovdan ibarət nümayəndə heyəti təmsil etmişdir.
Simpoziumda korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslər və yanaşmalar, effektiv qabaqlayıcı tədbirlər, şəffaflıq mühitinin formalaşdırılması və bu sahədə ictimai maarifləndirmə, hüquqpozmaların qarşısının alınması yolları, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası istiqamətində ən yaxşı təcrübələr müzakirə edilmişdir.
Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə ICAC nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilmişdir.
Görüşdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə fəaliyyətinin hüquqi və institusional əsasları, reallaşdırılan sistemli tədbirlər, həmçinin Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsinə yönəlmiş geniş miqyaslı islahatlar barədə iştirakçılara ətraflı məlumat verilmiş, qurumlar arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Azərbaycan nümayəndə heyəti, həmçinin ICAC tərəfindən təşkil edilmiş korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və cinayət-hüquqi, eləcə də maarifləndirmə tədbirləri istiqamətlərini əhatə edən təlimlərdə iştirak etmişlər.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər