BolgeXeber.Com » BÖLGƏ TV » Rusiyada jurnalisti döyən icra başçısına qarşı cinayət işi başladılıb-VİDEO

Rusiyada jurnalisti döyən icra başçısına qarşı cinayət işi başladılıb-VİDEO

27-05-2019, 17:29
Oxunub: 9 352 Rusiyada jurnalisti döyən icra başçısına qarşı cinayət işi başladılıb-VİDEORusiya İstintaq Komitəsinin Xakasiya vilayəti üzrə İdarəsi Şira rayonunun icra başçısı Sergey Zaytsev barəsində jurnalist fəaliyyətini həyata keçirərkən media işçisinə hücumla bağlı cinayət işi başladıb.

ONA-nın məlumatına görə, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mayın 22-də “Vesti. Dejurnaya çast” proqramının çəkiliş qrupu reportaj hazırlamaq məqsədi ilə rayon administrasiyasının binasına gediblər: “Kabinetində jurnalistlə görüş zamanı Sergey Zaytsev onların fəaliyyətindən narazı olaraq jurnalisti əli ilə itələyib, paltarından tutaraq yerə yıxıb”.

Cinayət işi çərçivəsində istintaq idarəsi məmurun korrupsiya əməllərində iştirakını da araşdırır.