XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq Hacıqabulda tədbir

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq Hacıqabulda tədbir 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir

27.05.2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə mədəniyyət işçiləri, Qarabağ Qaziləri Cəmiyyətinin üzvləri, tarixçi Mübariz Xəlilov, məktəblilər iştirak etmişlər.
Azərbaycan Respublikasının Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açmış və qeyd etmişdir ki, bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ili tamam olur. Ötən il isə ölkə başçısı, cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Cümhuriyyət ili” elan edilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunmuşdur.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edilmişdir. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti imkanlarının ən son həddində çalışaraq, öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmişdir. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilmiş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı, himni və gerbi yaradılmış, ana dili dövlət dili elan edilmiş, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilmişdir. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilmiş, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılmış, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulmuş, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilmiş, Azərbaycanın ilk universiteti təsis olunmuş, təhsil milliləşdirilmiş, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülmüşdür.

Sonra o, çıxış etmək üçün sözü tarixçi Mübariz Xəlilova vermişdir. Mübariz müəllim geniş məruzə ilə çıxış etdikdən sonra 2 saylı orta məktəbin şagirdi Əliyeva Səbinə Natiq qızı və Əliyev Tarverdi Niyaməddin oğlu yazdıqları şeirlərini səsləndirmilər.
10 saylı tam orta məktəbin şagirdləri Həsənova Asiman, Asanova Aysel və Məmmədova Həlimənin ifasında hərbi-vətənpərvərlik ruhunda mahnılar səsləndirilmişdir.

Tədbirin sonunda Əliyeva Səbinə Natiq qızı və Əliyev Tarverdi Niyaməddin oğlu Heydər Əliyev Mərkəzinin diplomları ilə təltif olunmuşlar.

Bolgexeber.com
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq Hacıqabulda tədbir
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq Hacıqabulda tədbir
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq Hacıqabulda tədbir
Bölmə: Bölgə | 27 may 2019 19:32 | Baxış sayı: 52





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: