BolgeXeber.Com » Xəbərlər » Bakıda daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürdü

Bakıda daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürdü

28-05-2019, 12:47
Oxunub: 2 357 Bakıda daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürdüPaytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ONA-nın məlumatına görə, səhər saatlarında "Koroğlu” metro stansiyasının yaxınlığında yol kənarında təmizlik işləri aparan 1945-ci il təvəllüdlü Hürü Namaz qızı Aslanova Günel Taryel qızı Fərmanovanın idarə etdiyi "Wolskwagen Polo" markalı avtomobillə vurulub. H.Aslanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.